19/05/2026
Elmi kitabxanada Psixologiya kafedrasının müəllimi Günay Babazadənin təşkilatçılığı, “Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə Linda Mulleli Hant'ın "Ağacdakı Balıq" kitabının müzakirəsi keçirilib.
Kitab müzakirəsi zamanı tələbələr insanın özünəinamı, fərqliliklərin qəbul olunması və psixoloji dəstəyin əhəmiyyəti barədə fikir mübadiləsi apardılar. Onlar Ellinin yaşadığı çətinliklərin yalnız təhsilə deyil, emosional vəziyyətinə də təsir etdiyini qeyd etdilər. Müzakirədə müəllim dəstəyinin insan həyatındakı rolu, empatiya və hər kəsin fərqli bacarıqlara malik olması fikri xüsusi vurğulandı.
07/05/2026
Qərbi Kaspi Universitetinin müəllim heyətinin və tələbələrinin nəzərinə!
Elmi Kitabxana Mərkəzi sizi 8 may tarixində "Ümummilli lider Heydər ƏIiyevin anadan olmasının 103-cü ildönümü"nə həsr olunmuş kitab sərgisinə dəvət edir.
Sərgidə Ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətini, zəngin dövlətçilik irsini əks etdirən kitablar və nəşrlər nümayiş olunacaq. Oxucular sərgi vasitəsilə Heydər Əliyevin Azərbaycan tarixindəki mühüm rolunu əks etdirən müxtəlif mənbələrlə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
07/05/2026
Qərbi Kaspi Universiteti Elmi Kitabxanasının müdir müavini Şəbnəm Zeynalova ADA Universitetində keçirilən “MyLibAl” süni intellekt əsaslı kitabxana-informasiya axtarış sisteminin təqdimat tədbirində iştirak edib.
Tədbirdə süni intellekt texnologiyalarının kitabxana-informasiya xidmətlərində tətbiqi, istifadəçilərin informasiya resurslarına çıxış imkanlarının genişləndirilməsi və müasir kitabxana sistemlərinin inkişaf perspektivləri ilə bağlı təqdimatlar keçirilib.
Tədbirdə əldə olunan təcrübə və müzakirə edilən yeniliklərin kitabxana xidmətlərinin daha da təkmilləşdirilməsinə töhfə verəcəyi vurğulanıb.
28/04/2026
Elmi Kitabxana Mərkəzində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş kitab sərgisi keçirildi.
Sərgidə şəhərsalma, memarlıq sənəti, dünya memarlıq abidələri, Azərbaycanın, xüsusilə Bakının memarlıq nümunələri, eləcə də tanınmış memarlar haqqında nəşrlər nümayiş olundu. İştirakçılar təqdim edilən kitablarla tanış olaraq mövzu ilə bağlı məlumat əldə ediblər.
Elmi Kitabxana Mərkəzi gələcəkdə də oxucular üçün maarifləndirici tədbirlərin təşkilini davam etdirməyi planlaşdırır.
24/04/2026
Qərbi Kaspi Universitetinin müəllim heyətinin və tələbələrinin nəzərinə!
Elmi Kitabxana Mərkəzi sizi 27 aprel tarixində "Şəhərsalma və Memarlıq İli"nə həsr olunmuş kitab sərgisinə dəvət edir.
Sərgidə şəhərsalma, memarlıq sənəti, tarixi abidələr və müasir memarlıq nümunələrinə dair dəyərli nəşrlərlə tanış ola bilərsiniz. Sizi memarlıq tarixini kitab səhifələrindən öyrənəcəyiniz zəngin, maraqlı və maarifləndirici sərgidə gözləyirik!
15/04/2026
Elmi Kitabxana Mərkəzi tələbələr üçün maarifləndirici təlimlərini davam etdirir.
Pisixologiya ixtisasları üzrə təhsil alan 2-ci və 3-cü kurs tələbələri üçün təşkil olunan növbəti təlimdə iştirakçılara kitabxananın rəsmi saytı və təqdim etdiyi xidmətlər barədə ətraflı məlumat verilib. Təlim çərçivəsində elektron kataloqlar, ədəbiyyat sifarişi sistemləri, eləcə də onlayn resurslardan istifadə imkanları izah olunaraq bu xidmətlərdən səmərəli yararlanma yolları diqqətə çatdırılıb.
Təlim zamanı EBSCO Akademik E-kitab Kolleksiyası haqqında geniş təqdimat aparılıb, platformada axtarışın təşkili, uyğun elmi mənbələrin müəyyənləşdirilməsi və istifadəsi praktik nümunələr əsasında nümayiş etdirilib.
08/04/2026
Elmi Kitabxanada Maliyyə (535 ML) və İqtisadiyyat (535 İ) ixtisası üzrə təhsil alan 1-ci kurs tələbələri üçün maarifləndirici təlim keçirilmişdir. Təlim zamanı iştirakçılara kitabxananın rəsmi saytı, elektron kataloqlar və müxtəlif elmi məlumat bazalarından istifadə qaydaları ətraflı şəkildə izah edilmişdir.
Təlim çərçivəsində EBSCO Akademik E-kitab Kolleksiyası haqqında geniş məlumat verilmiş, bu platformada axtarışın necə aparıldığı, uyğun materialların necə tapıldığı və istifadə edilməsi praktik nümunələrlə nümayiş etdirilmişdir.
Görüş çərçivəsində tələbələrə akademik yazı prosesində düzgün mənbə seçimi, informasiya axtarışının effektiv üsulları və əldə olunan məlumatların təhlili ilə bağlı tövsiyələr verilmişdir.
03/04/2026
Qərbi Kaspi Universitetinin müəllim və tədqiqatçılarının nəzərinə!
Sizi "Məqalənizin nəşri üçün jurnal seçimini birlikdə edək: "Web of Science" və "JCR" platformaları vasitəsilə jurnalların təhlili" adlı vebinara dəvət edirik. Vebinar 08 aprel 2026-cı il tarixində saat 14:30-da keçiriləcəkdir.
Qeydiyyat üçün link: https://bit.ly/47pVVxP
Vebinar zamanı iştirakçılar, "Web of Science" və "Journal Citation Reports" platformaları vasitəsilə jurnalların dəyərləndirilmə kriteriyaları, müvafiq tədqiqat mövzusu üzrə təhlil aparmaqla uyğun jurnalın seçilməsi kimi mövzularla bağlı məlumatlanacaqlar.
Təqdimatçı: Xəyalə Hacıyeva, Clarivate, Müştəri Məmnuniyyətləri üzrə Məsləhətçi
Qeyd: Vebinar sertifikatlıdır.