10/03/2025
Məktəbimizin 5b sinif şagirdi Mürşüdlu Harun Cavid oğlu AMO Beynəlxalq Olimpiadasında Riyaziyyat üzrə iştirak edib və qızıl medala layiq görülüb.
Kollektivimiz adından təbrik edirik, uğurların davamlı olmasını arzulayırıq 💐💐💐💫💫💫
06/03/2025
"5 mart -Bədən Tərbiyəsi və İdman Günü"dür. Məktəbimizin 5ə sinif şagirdi Əliyeva Rüqəyya Taekvondo üzrə uşaqlar arasında keçirilən olimpiadada,ölkə birinciliyində iştirak edib,
2 ci yerə layiq görülüb.
Əliyeva Rüqəyya eyni zamanda "5 Mart - Bədən Tərbiyəsi və İdman Günü" münasibətilə təşkil olunmuş tədbirlərdə iştirakına görə Fəxri Fərmana layiq görülüb. Kollektivimiz adından təbrik edirik.
05/03/2025
Arif Vəliyev adına 258 nömrəli tam orta məktəbin psixoloqu Ş. İbrahimovanın rəhbərliyi altında 11 ci sinif şagirdləri ilə "İmtahan həyacanı və aradan qaldırılması yolları" mövzusunda tədbir keçirilib.Tədbirdə şagirdlər həyacanın idarə olunması yollarını öyrənib, praktik - mediativ çalışmalar ediblər.
14/01/2025
14.01.25 tarixində məktəbimizin psixoloqu Şəhla
İbrahimovanın rəhbərliyi ilə 2 ci sinif şagirdləri ilə "Dünya hələ bizim üçün nağıldır" mövzusunda tədbir keçirilib.Təqdimat zamanı şagirdlər nağıllar söyləyib, nağıl qəhrəmanları haqqında müzakirələr aparılıb və çizgi filmi seyr ediblər.
30/12/2024
🌿eTwinning Azərbaycan tərəfindən keçirilən "Planetimizi qoruyaq" adlı şagird müsabiqəsinin nəticələri eTwinning Şabran Regional Konfransının iştirakçıları tərəfindən səsvermə yolu ilə təyin edildi.
🏆Dörd kateqoriya üzrə ümumilikdə 4 şagird fotosu qalib seçildi.
258 nömrəli tam orta məktəbin 6ə sinfin şagirdləri Əziz Şahbazov və Məhəmməd Dəmirov bu müsabiqədə iştirak edirdi.
Müsabiqədə iştirak edən şagirdlərə təşəkkür edirik!
25/12/2024
25.12.24 tarixində məktəbimizin akt zalında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş "Qədim Türk diyarı - Naxçıvan" adlı intellektual oyun keçirildi.Tədbirdə dövlət himni səsləndirildi.Məktəbin "Zəfər" xoru Naxçıvana aid mahnılar səsləndirilib,şeirlər söylədilər.Naxçıvana həsr olunmuş intellektual oyun 8 ci sinif şagirdləri arasında keçirildi və hər bir sinif komandası aktiv iştirakına görə Fəxri Fərmana layiq görülmüşdür.
16/12/2024
Məktəbimizin 6ç sinif şagirdi Quluzadə Banu Gimnastika üzrə Beynəlxalq müsabiqədə 1-ci yerə, qızıl medala layiq görülmüşdür.Məktəbimizin kollektivi adından təbrik edirik və daim uğurlar arzulayırıq.💐💐💐
13/12/2024
Məktəbimizin şagirdi Ulubəyova Nuray 7ci BƏƏ CUP Beynəlxalq Bədii Gimnastika Müsabiqəsində 2 ci yeri tutduğuna görə sertifikatla təltif olunmuşdur.Şagirdimiz Ulubəyova Nurayı kollektivimiz adından təbrik edirik, gələcək yarışlarda daha böyük nailiyyətlər arzulayırıq 💫💫💫💫💫
01/11/2024
01.11.24 tarixində məktəbimizdə məktəbin hərbi müəllimi,polkovnik - leytinant Mahir Kazımovun rəhbərliyi ilə" 8 Noyabr Zəfərin il dönümü"ilə əlaqədar "Zəfərin mübarək, Azərbaycan" adlı tədbir idman zalında təşkil olundu.Tədbirdə məktəbin 10 cü sinif şagirdləri Şərəf Andı içdilər,vətənə layiqli övlad olacaqlarına, bayrağımızı daim uca tutacaqlarına söz verdilər.Tədbirdə Milli Qəhrəman,ehtiyatda olan polkovnik - leytinant F.Qəhrəmanov, Nərimanov rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi E.Bəsirov iştirak etdilər.Tədbirin sonunda şagirdlər Fəxri Fərmanla təltif olundular.
10/10/2024
10 oktyabr “Psixi sağlamlıq” günüdür.
10.10.2024 tarixində 258 saylı tam orta məktəbin təşkilatçısı S.Adıgözəlova, psixoloqu Ş.İbrahimova və həkimi L.Xanverdiyevanın rəhbərliyi ilə “Psixi sağlamlıq” mövzusunda tədbir həyata keçirilmişdir. Tədbirdə Ş.İbrahimova öz çıxışında “Psixi sağlamlıq nədir?”, “Psixi sağlamlığı necə qorumalıyıq?” Və “Psixi sağlamlığa hansı amillər təsir edir?” haqqında, L.Xanverdiyeva psixi sağlamlığın tibbi tərəfləri, S.Adıgözəlova isə psixi sağlamlığın qorunmasında düzgün ünsiyyət qaydaları haqqında məlumat vermişdir.
27/09/2024
27.09.24 cü il tarixində məktəbimizin həyətində "27sentyabr Anım Günü" dür mövzusunda tədbir keçirildi.Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Məktəbimizin direktoru Sədaqət Hüseynova, Azərbaycan dili və ədəbiyyatı fənni müəllimi Sevinc Məmmədova "Anım Günü" ilə əlaqədar çıxış etdilər. Məktəbimizin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər söylədilər. Bu gün bütün siniflərdə ilk dərslərdə şagirdlərə "Anım Günü" ilə əlaqədar ətraflı məlumat verildi.Bütün siniflərdə vətənpərvərlik mövzusunda tədbirlər təşkil olundu.
Allah Şəhidlərimizə rəhmət eləsin!
16/06/2024
14.06.24 tarixində məktəbimizdə "Son zəng" tədbiri keçirildi. 11a,11b,11c,11ç,11d,11ə sinif şagirdləri üçün "Son zəng" çalındı.Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı.Sonra Şəhidlərərimiz bir dəqiqəlik sükutla yad edildi.Məktəbimizin direktoru Sədaqət Hüseynova bütün məzunları və valideynləri təbrik etdi və gələcək həyat məktəbin də daim uğurlar arzuladı. Valideyn Azadə İsmayılova çıxış edərək, bütün məzunların valideynləri adından məktəbin direktoru Sədaqət Hüseynova və müəllim heyətinə öz minnətdarlığını bildirdi.Məzunlar" Son zəng" tədbiri üçün hazırladıqları,biri birindən gözəl və rəngarəng rəqsləri , mahnıları ifa etdilər,11 ildə onları tərbiyə edən,elm öyrədən, qayğı göstən müəllimlərə çıxış edərək öz təşəkkürlərini bildirdilər.