Bakı şəhəri Mehdi Hüseynzadə adına 19 nömrəli tam orta ümumtəhsil məktəbi

Bakı şəhəri Mehdi Hüseynzadə adına 19 nömrəli tam orta ümumtəhsil məktəbi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bakı şəhəri Mehdi Hüseynzadə adına 19 nömrəli tam orta ümumtəhsil məktəbi, School, Bakı şəhəri Nəsimi rayonu A. Mustafayev küçəsi 12, .

Photos from Bakı şəhəri Mehdi Hüseynzadə adına 19 nömrəli tam orta ümumtəhsil məktəbi's post 14/06/2026

Bakı şəhəri Mehdi Hüseynzadə adına 19 nömrəli tam orta ümumtəhsil məktəbində “Son zəng” tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açıq elan edən məktəbin direktoru Nailə Cəfərova məzunları təbrik edərək onlara gələcək təhsil və həyat yollarında uğurlar arzulayıb.
Tədbirdə iştirak edən şəhid Rauf Əliyevin atası Səxavət Əliyev məzunları, onların valideynlərini və müəllim kollektivini təbrik edərək ən xoş arzularını çatdırıb, gənclərin Vətənə layiqli və faydalı vətəndaşlar kimi yetişməsinin vacibliyini vurğulayıb.
Çıxış edən müəllimlər və qonaqlar tədris ilinin başa çatması münasibətilə məzunlara möhkəm cansağlığı, gələcək fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayıb, onların müstəqil Azərbaycanın layiqli vətəndaşları kimi yetişəcəklərinə əminliklərini ifadə ediblər.
Tədbirin bədii hissəsində məzunların hazırladıqları musiqili kompozisiyalar, şeirlər və rəngarəng çıxışlar təqdim olunub. Musiqili nömrələr və səhnəciklər tədbir iştirakçılarına xoş əhval-ruhiyyə bəxş edib.
Tədbir çərçivəsində tədris ili ərzində müxtəlif müsabiqə, olimpiada və yarışlarda uğur qazanan, həmçinin məktəbin ictimai həyatında fəallığı ilə seçilən şagirdlər Fəxri fərman və diplomlarla təltif olunublar.
Sonda məzunlar üçün rəmzi son zəng çalınıb və tədbir duyğulu, yaddaqalan anlarla başa çatıb.

Photos from Bakı şəhəri Mehdi Hüseynzadə adına 19 nömrəli tam orta ümumtəhsil məktəbi's post 12/06/2026

Global Olympiad Center beynəlxalq olimpiada və müsabiqə qaliblərini mükafatlandırıb.

6 iyun tarixində Heydər Əliyev Sarayında Global Olympiad Center tərəfindən beynəlxalq fənn olimpiadaları və müsabiqələrinin ölkə mərhələləri üzrə qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə yüksək nəticə göstərən şagirdlər qızıl, gümüş və bürünc medallarla təltif olunublar.
Bakı şəhəri Mehdi Hüseynzadə adına 19 nömrəli tam orta ümumtəhsil məktəbinin 10C sinif şagirdi Balaoğlanlı Sübhan İngilis dili üzrə keçirilən “Brainiacs Olympiad” olimpiadasında uğurla iştirak edərək II yerə layiq görülmüş, gümüş medal və diplomla təltif olunmuşdur.
Məktəb rəhbərliyi və kollektiv adından Balaoğlanlını Sübhanı səmimi-qəlbdən təbrik edir, ona gələcək təhsil həyatında daha böyük uğurlar arzulayırıq.

Photos from Bakı Şəhəri üzrə Təhsil İdarəsi's post 11/06/2026
Photos from Bakı şəhəri Mehdi Hüseynzadə adına 19 nömrəli tam orta ümumtəhsil məktəbi's post 11/06/2026

Müxtəlif duyğuları özündə birləşdirən tədbir məktəb həyatında yaddaqalan anlar yaşatdı.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən tədbirdə vaxtsız dünyasını dəyişmiş şagirdimiz Uğurun doğum günü ehtiramla yad edildi, onun əziz xatirəsi hörmətlə anıldı.
Eyni zamanda 4-cü siniflərin buraxılışı qeyd olundu. Dördüncü sinif şagirdləri öz yerlərini birincilərə verərək onları səhnəyə dəvət etdilər və məktəb həyatında gözəl bir ənənəni davam etdirdilər.
Tədbirdə məktəbin direktoru Nailə Cəfərova və təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnar Məmmədzadə çıxış edərək tədbirin əhəmiyyətindən bəhs etdilər.
Tədbir sinif rəhbəri Nəzakət Osmanovanın təşkilatçılığı ilə baş tutdu və məktəbimizdə həm sevinc, həm də kövrək hisslərin bir arada yaşandığı yaddaqalan bir gün oldu.

09/06/2026

Bakı şəhəri Mehdi Hüseynzadə adına 19 nömrəli tam orta ümumtəhsil məktəbinin 9-cu sinif şagirdləri buraxılış imtahanında göstərdikləri yüksək nəticələrlə məktəbimizin uğurlarına yeni nailiyyətlər əlavə ediblər.

Şagirdlərimizi təbrik edir, onlara gələcək təhsil pilləsində uğurlar arzulayırıq. Bu nəticələrin əldə olunmasında əməyi olan müəllimlərə və valideynlərə təşəkkür edirik.


Photos from Bakı şəhəri Mehdi Hüseynzadə adına 19 nömrəli tam orta ümumtəhsil məktəbi's post 09/06/2026

Bakı şəhəri Mehdi Hüseynzadə adına 19 nömrəli tam orta ümumtəhsil məktəbin Peşə təmayüllü siniflərində təhsil alan şagirdlərin peşə hazırlığı səviyyəsinin yoxlanması məqsədi ilə 4 ixtisas üzrə praktiki imtahanlar təşkil edilmişdir.
İmtahan prosesində şagirdlər fərqli modullar üzrə praktiki tapşırıqları yerinə yetirərək, öz sahələri üzrə qazandıqları ilkin peşə bacarıqlarını nümayiş etdiriblər. Qiymətləndirmə zamanı şagirdlərin müstəqil işləmək bacarığı, kreativ yanaşması və peşə alətlərindən düzgün istifadə vərdişləri əsas meyar kimi götürülmüşdür.
Uğurlu nəticə göstərən bütün şagirdləri təbrik edir, onlara gələcək peşə fəaliyyətlərində nailiyyətlər arzulayırıq.

Photos from Bakı şəhəri Mehdi Hüseynzadə adına 19 nömrəli tam orta ümumtəhsil məktəbi's post 09/06/2026

Bakı şəhəri Mehdi Hüseynzadə adına 19 nömrəli tam orta ümumtəhsil məktəbində kitabxana müdiri Sevinc Hüseynova və UBR Aynur Eyvazovanın təşkilatçılığı ilə məktəbin qəhrəman məzunu, Vətən müharibəsi şəhidi Rauf Səxavət oğlu Əliyevin doğum günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxışlarda şəhidin həyat və döyüş yolundan bəhs edilərək onun qəhrəmanlığının gənclər üçün örnək olduğu vurğulanıb.

9A sinif şagirdlərinin iştirakı ilə şəhidlərimizə, Vətənimizə və Qələbəmizə həsr olunmuş şeirlər səsləndirilib.

Photos from Bakı şəhəri Mehdi Hüseynzadə adına 19 nömrəli tam orta ümumtəhsil məktəbi's post 08/06/2026

Bakı şəhəri Mehdi Hüseynzadə adına 19 nömrəli tam orta ümumtəhsil məktəbində Qarabağ Universitetinin əməkdaşları tərəfindən III qrup ixtisaslarını seçən məzunlarla görüş keçirilib.
Görüş zamanı şagirdlərə universitetdə tədris olunan ixtisaslar, qəbul qaydaları, təhsil imkanları və tələbə həyatı haqqında ətraflı məlumat verilib. Eyni zamanda, onların gələcək peşə seçimi ilə bağlı maarifləndirici söhbətlər aparılıb, maraq doğuran suallar cavablandırılıb.

Photos from Bakı şəhəri Mehdi Hüseynzadə adına 19 nömrəli tam orta ümumtəhsil məktəbi's post 04/06/2026

Bu gün məktəbimizin qəhrəman məzunu, Vətən müharibəsi şəhidi Rauf Səxavət oğlu Əliyevin doğum günüdür.
Rauf Əliyev 4 iyun 1994-cü ildə Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. 2015-ci ildə hərbi xidmətə yollanıb, Aprel döyüşlərinin iştirakçısı olub. 2020-ci il Vətən müharibəsində Füzuli və Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak edib və 22 oktyabr tarixində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
O, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidimizin əziz xatirəsini yad etmək məqsədilə məktəbimizin müəllimləri onun məzarını ziyarət edib və xatirəsini ehtiramla anıblar.
Ruhu şad, məkanı cənnət olsun! 🇦🇿


Photos from Bakı şəhəri Mehdi Hüseynzadə adına 19 nömrəli tam orta ümumtəhsil məktəbi's post 03/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbimizdə tədbir keçirilmişdir. Tədbirdə şagirdlər şeirlər söyləmiş, mahnılar ifa etmiş və rəqs nömrələri nümayiş etdirmişlər. Musiqili-əyləncəli proqram uşaqlara xoş əhval-ruhiyyə bəxş etmişdir.

Tədbirin sonunda məktəb rəhbərliyi şagirdləri bayram münasibətilə təbrik etmiş, onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulamışdır.

Want your school to be the top-listed School/college?

Telephone

Website

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 06:00
Wednesday 08:00 - 06:00
Thursday 08:00 - 06:00
Friday 08:00 - 06:00