11/05/2026
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş məktəbimizin 6–7–8-ci sinifləri arasında mini futbol turniri təşkil olunmuşdur. Turnirin sonunda komandalar məktəbin direktor müavinləri Kəmalə Hüseynova və Lalə Pənahova tərəfindən medal və kuboklarla təltif edilmişdir. Yarışın təşkilində məktəbin 11 “A” sinif şagirdi Raul Səfərəliyev və fiziki tərbiyə müəllimi Namiq Cəfərovun xüsusi dəstəyi olmuşdur.
30/04/2026
Məktəbimizin 4 B sinif şagirdləri Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında uşaq yazıçısı Solmaz Amanova ilə görüşdə iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd uşaqlarda mütaliə vərdişlərinin formalaşmasına və ədəbiyyata marağın artmasıdır.
Uşaqlar oxuduqları hekayələr haqqında öz təəssüratlarını bölüşüb, qəhrəmanlar və hadisələr barədə fikirlərini səsləndiriblər. Onlar yazıçıya maraqlı suallar ünvanlayaraq fəal iştirak ediblər. Şagirdlərin ifasında sevimli yazıçının əsərlərindən ibarət səhnəciklər təqdim edilib, rəqs nömrələri nümayiş olunub.
30/04/2026
Dövlət İmtahan Mərkəzinin (DİM) yaradılmasının 10 illik yubileyi münasibətilə 2026-cı ilin 9-11 aprel tarixlərində Bakıda "Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya" mövzusunda beynəlxalq elmi-praktik konfrans, silsilə tədbirlər keçirilmişdir. Mərkəzin fəaliyyətində fərqlənən əməkdaşların və uzun illər səmərəli əməkdaşlıq adən ekspertlərin təltif edilməsi mərasimi keçirilmişdir.
Təltif edilənlər sırasında məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Rzayeva Təranə Əli qızı da vardır. 2004-cü ildən etibarən TQDK, 2016-cı ildən isə DİM-lə sıx və çoxşaxəli əməkdaşlıq edən T. Rzayeva fənn seminarlarında fəallığı, qiymətləndirmə materiallarının - test tapşırıqlarının tərtibi və ekspertizasındakı peşəkarlığı, dərsliklərin monitorinqindəki obyektivliyi, qapalı şəraitdəki (bunker) məhsuldar işi ilə təhsilin qiymətləndirilməsi sahəsində aparılan islahatların uğurla həyata keçirilməsində DİM-in 10 illik yubileyi münasibətilə Mərkəzin fəaliyyətinə verdiyi töhfələrə görə Fəxri Fərmanla təltif edilmişdir.
Təranə müəlliməni kollektiv adından təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.
28/04/2026
2026-cı il aprel ayının 15-i Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Səbail rayon Komitəsinin və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin birgə təşkilatçılığı ilə Bakı şəhər uşaq - gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri və Səbail rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən Azərbaycanın xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş “Ayrılarmı könül candan?” adlı şeir müsabiqəsində məktəbimizin 5 c sinif şagirdləri : Babazadə Nəzrin, Cəfərli Şəhla , Hüseynli Nur qalib gəlmiş və 2- ci yerə layiq görülmüşlər.Şagirdlərimizi təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
17/04/2026
KVN iştirakçıları məktəb direktoru ilə görüşərək uğurlarını bölüşdülər.Uğurlar, əziz şagirdlər
Uğurlar, 189-190!🏆🥈
06/04/2026
6 aprel – İnkişaf və Sülh naminə Beynəlxalq İdman Günü münasibətilə məktəbimizin qonağı velosipedçi Elçin Əsədov oldu. O, 11 dəfə Azərbaycan çempionu olaraq qızıl medallara layiq görülmüş, beynəlxalq turnirlərdə də uğurlar qazanmışdır.
Elçin Əsədov 2015-ci ildə Birinci Avropa Oyunlarında, 2021-ci ildə isə Yaponiyada keçirilən # # Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil etmiş, 2022-ci ildə Əziz Şuşa beynəlxalq veloyürüşünün qalibi olmuşdur.
Sonda şagirdlərlə birlikdə xatirə şəkli çəkilmişdir.
12/03/2026
7–8 mart tarixlərində Bakıda keçirilən Fibonacci Beynəlxalq Robot Olimpiadasında məktəbimizin 8F sinif şagirdlərindən ibarət iki komanda uğur qazanaraq qaliblər sırasında yer alıb.
Speed189-190 komandası Drone Rally kateqoriyasında III yerə layiq görülüb.
Ecocity komandası isə Green Entrepreneurship kateqoriyasında Jury Award mükafatını qazanıb.
Şagirdlərimizi bu uğur münasibətilə ürəkdən təbrik edir, onların gələcək yarışlarda daha böyük nailiyyətlər əldə edəcəklərinə inanırıq. 👏🤖🏆
12/03/2026
11 mart 2026-cı il tarixində “Sağlam nəsil – parlaq gələcək” layihəsinə start verildi.
OCEP layihəsinin iştirakçıları olan 2 nömrəli Texniki-Humanitar Lisey, MLK və 189–190 nömrəli məktəblər arasında idman yarışı təşkil olundu. Yarışın əsas məqsədi şagirdlər arasında sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşdirilməsi idi.
Nəticələrə əsasən:
🥇 I yer – 189–190 nömrəli məktəb
🥈 II yer – MLK
🥉 III yer – 2 nömrəli Texniki-Humanitar Lisey
Sonda təşkilatçı Lala Pənahova qalib məktəblərə mükafatları təqdim etdi. 👏
04/03/2026
İDMAN HƏFTƏSİNİN İKİNCİ GÜNÜ
• İdman nailiyyətləri olan idmançılarla görüş
• İdman viktorinası
• “Olimpiya Oyunları – uşaqların gözü ilə”