Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec, College & University, Xırdalan, 28-ci məhəllə, Baku.

19/06/2026

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kolleci olaraq başda cənab rektor Elçin Babayev olmaqla Bakı Dövlət Universiteti ailəsini QS - Dünya Universitetləri Reytinqi 2027-də əldə etdiyi uğura görə təbrik edirik. Ölkənin ilk və nüfuzlu universitetini daim yeni uğurlar əldə etməsini arzulayırıq.

🌟 BDU QS reytinqində 565-ci yerə yüksəldi

ℹ️ Bakı Dövlət Universiteti (BDU) “Quacquarelli Symonds” (QS) tərəfindən açıqlanan “QS World University Rankings 2027” siyahısında 565-ci yerdə qərarlaşıb. Universitet ötən illə müqayisədə 123 pillə irəliləyərək Azərbaycanın və Cənubi Qafqazın ən yüksək nəticə göstərən ali təhsil müəssisəsi olub.

🔹 QS reytinqində 106 ölkədən 8808 universitet qiymətləndirilib, 1504 ali təhsil müəssisəsi yekun siyahıya daxil edilib. Qiymətləndirmə akademik nüfuz, işəgötürən reputasiyası, elmi nəşrlərə istinadlar, beynəlxalq əməkdaşlıq və digər göstəricilər əsasında aparılıb.

🔸 BDU son illərdə elmi tədqiqatların gücləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və əmək bazarına uyğun kadr hazırlığı istiqamətində irəliləyişlər göstərib. Universitet 2026-cı ildə “QS Europe” reytinqində də 58 pillə yüksələrək Avropada 278-ci yerə çıxıb.

🔹 “QS World University Rankings by Subject 2026” nəticələrinə görə, BDU ilk dəfə iki geniş ixtisas kateqoriyasında reytinqə daxil olub. Dar ixtisas sahələrinin sayı 8-ə yüksəlib. Geniş ixtisaslar üzrə BDU Təbiət elmlərində 401–500, Mühəndislik və texnologiyada 501–550 aralığında yer alıb. Dar ixtisaslar üzrə universitet Neft-qaz mühəndisliyi (51–100), Müasir dillər (151–200), Riyaziyyat (251–300), Hüquq (301–350), Kimya mühəndisliyi və Fizika (401–450), Kimya (451–500), Kompüter elmləri (601–650) üzrə təmsil olunub. BDU bu nəticələrlə Azərbaycanın ən çox ixtisas sahəsi üzrə reytinqdə yer alan universiteti olub.

✨ BDU rəhbərliyi əldə olunan nəticələrə görə akademik və inzibati heyəti, tələbələri, tərəfdaş qurumları, eləcə də QS reytinqində yer alan digər Azərbaycan ali təhsil müəssisələrinin kollektivlərini təbrik edir. 👏

▪️ Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ən azı üç ali təhsil müəssisəsinin dünyanın TOP-800 universiteti sırasında yer alması hədəf kimi müəyyən edilib. BDU artıq bu hədəfi təmin edib.

19/06/2026

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyini 3 universitetimizin reytinqinin “QS World University Rankings 2027” nəticələrinə görə TOP 800- lükdə yer alması münasibətilə təbrik edirik!

📈 “QS dünya universitetləri reytinqi”nin nəticələrinə əsasən, ölkə tarixində ilk dəfə 3 universitetimiz reytinqin TOP 800-lüyündə yer alıb. Eyni zamanda TOP 1000-də təmsil olunan universitetlərimizin sayı 6-dan 7-yə yüksəlib. Ümumilikdə isə reytinqdə yer alan Azərbaycan universitetlərinin sayı 10-a çatıb.

🏛️ Bakı Dövlət Universiteti 123 pillə irəliləyərək dünyada 565-ci yerə
🏛️ Azərbaycan Dövlət İqtisad Universiteti 801–850 aralığından 634-cü yerə
🏛️ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə 851–900 aralığından 711–720 aralığınadək yüksəlib.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23173-1

19/06/2026

Agentliyin direktoru Qubada vətəndaşları qəbul edəcək

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova iyulun 2-də Quba şəhərində vətəndaşları qəbul edəcək.

Qəbulda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinləri iştirak edə bilərlər.

Qeyd edilən şəhər və rayonların sakinləri Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146–6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng edərək və ya portal.edu.az vasitəsilə elektron formada müraciət edərək qəbula yazıla bilərlər.

Photos from Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec's post 16/06/2026

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə 2-5 iyun tarixlərində Şuşa şəhərində 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin ideyalarının təbliğinə həsr olunmuş “ Yay məktəbi” təşkil edilib. Tədbirin açılışında çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev Ümummilli Lider Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma layihələrinin ölkənin iqtisadi qüdrətini və inkişaf potensialını nümayiş etdirdiyini bildirib.
Sonra BMU-nun rektoru Yaqub Piriyev çıxış edərək tarixi torpaqlarımızda bir araya gəlmək, milli dövlətçilik ideyalarımızın işığında gələcəyimizi birlikdə düşünməyin unudulmaz mənəvi dəyər olduğunu vurğulayıb. Bildirib ki, “Yay məktəbi” milli yaddaşımızın, memarlıq irsimizin və dövlətçilik ənənələrimizin gənc nəslə aşılanması baxımından olduqca mühüm platformadır.
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin əməkdaşları Tərlan Hacızadə, Kamil Məmmədli, Günay Əliyeva və Əfsanə İsmayılova da “Yay məktəbində” iştirak ediblər.
Layihə çərçivəsində iştirakçılar Qarabağ Universiteti ilə tanış olublar, infrastrukturu, tədris korpusları,laboratoriyaları, tələbələr üçün yaradılan sosial-məişət şəraiti barədə ətraflı məlumatlandırılıblar. Həmçinin “ Yay məktəbi” çərçivəsində iştirakçılar arasında intellektial yarış keçirilmiş və qalib komandalar mükafatlandırılmışdırlar.

15/06/2026
Photos from Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec's post 12/06/2026

BDU nəzdində İqtisadiyyat və Humanitar Kollecdə İctimai fənlər Fənn Birləşməsi müəllimlərinin təşkilatçılığı ilı 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir təşkil olunub.
Tədbirdə çıxış edən tarix müəllimləri Tamilla Səttarova, Kərəm Quliyev və Humay İsmayılova qeyd ediblər ki, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıdaraq ölkədə mövcud olan ictimai-siyasi böhranın aradan qaldırılmasına, dövlət müstəqilliyinin qorunmasına və sabitliyin təmin edilməsinə nail olub. Məhz buna görə 15 İyun Azərbaycan tarixində Milli Qurtuluş Günü kimi qeyd edilir. Çıxışlarda həmçinin vurğulanıb ki, ümummilli liderin müəyyən etdiyi inkişaf strategiyası bu gün də uğurla davam etdirilir və ölkəmizin tərəqqisinə xidmət edir. Tədbir çərçivəsində Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini əks etdirən videoçarx təqdim edilib, iştirakçıların fikirləri dinlənikib.

Photos from Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec's post 11/06/2026

Kollecdə 18 İyun – “İnsan Hüquqları Günü”nə həsr olunmuş maarifləndirici tədbir təşkil edilib.

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin müəllimi Humay İsmayılova 18 iyun- Azərbaycanda İnsan Hüquqları Günü ilə bağlı maarifləndirici tədbir keçirib.
Tədbirdə insan hüquqlarının mahiyyəti, hər bir şəxsin hüquq və vəzifələri, hüquqların qorunmasının dövlət siyasətində tutduğu mühüm yer barədə ətraflı məlumat verilib, insan hüquqlarına hörmət, qanunun aliliyinin təmin edilməsi və bərabərlik prinsiplərinin qorunmasınım demokratik cəmiyyətin əsas dəyərlərindən olması vurğulanıb, mövzu ilə bağlı videoçarx nümayiş etdirilib. Tədbir tələbələrlə diskussiya formasında davam etdirilib və onların sualları cavablandırılıb.

Photos from Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec's post 08/06/2026

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecində 2025-2026-cı il Yaz imtahan sessiyasına start verilib. Tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi prosesində şəffaflığın, obyektivliyin və operativliyin təmin edilməsi məqsədilə kollecdə İmtahan Qərargahı yaradılıb. Sessiya müddətində ümumilikdə 247 imtahanın keçirilməsi nəzərdə tutulub. İmtahanların şəffaf, obyektiv və mövcud normativ sənədlərin tələblərinə uyğun keçirilməsi üçün bütün zəruri təşkilati tədbirlər görülüb.
Tələbələrə imtahan sessiyasını uğurla başa vurmağı arzu edirik!

03/06/2026

“Beynəlxalq Mədəniyyət Günü və Dil Sərgisi” festivalı

Photos from Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec's post 01/06/2026

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Pedaqoji Şuranın növbəti iclası keçirilb. Şuranın katibi və Texniki Fənn Birləşmələri Komitəsinin sədri İlahə Əliyeva şuranın gündəlikdə olan məsələləri auditoriyanın diqqətinə çatdırdıqdan sonra söz kollecin direktoru Hicran Əyyubovaya verilib. Hicran xanım kollecin müəllim və işçi heyətini salamladıqdan sonra Qiyabi təhsil alan tələbələrin tədris prosesi və 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıqla bağlı sözü tədris işləri üzrə direktor müavini Gülnar Kərimovaya verib. Gülnar xanım çıxış edərək yay imtahan sessiyasına hazırlığın vəziyyəti, test və imtahan suallarının hazırlığı və tələbələrə çatdırılması barədə məlumat verdi.O, həmçinin yeni proqramların açılması ilə bağlı görülən işlər, maraqlı tərəflərlə aparılan danışıqlar haqqında məruzə etdi. Daha sonra çıxış edən metodist Samirə Nuriyeva çıxış edərək Mühazirələr Bankının yaradılması ilə bağlı görülən işlər barədə məlumat verdi. Pedaqoji Şuranın sonunda 2025/2026-cı tədris ili ərzində fəaliyyətləri ilə fərqlənən müəllim və işçilər Təşəkkürnamə ilə təltif olundular. Sonda tələb və təkliflər dinlənildi,aidiyyatı qurumlara müvafiq tapşırıqlar verildi.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Address

Xırdalan, 28-ci Məhəllə
Baku