12/06/2026
🌟 Riyaziyyatın gənc ulduzlarından möhtəşəm uğur!
"Kenquru" Beynəlxalq Riyaziyyat Olimpiadasında yüksək nəticə göstərərək bizləri qürurlandıran istedadlı şagirdlərimizi ürəkdən təbrik edirik! ✨
Gənc zəkalarımızın qazandıqları yüksək ballar:
🏆 Qasımov Camal Ceyhun – 96 BAL (Rəqəmsal Biliklər Liseyi)
🏅 Novruzov Ümüd Vasif – 91 BAL (Göygöl Rayon Texniki və Təbiət Fənləri Təmayüllü Lisey)
🏅 Əhmədov Məhəmmədyəhya Zamik – 91 BAL (Məhəmməd Rəhim adına 7 nömrəli tam orta məktəb)
Şagirdlərimizə bu elmi yolda dəstək olan bütün müəllimlərə və valideynlərə təşəkkür edir, gələcək olimpiadalarda yeni-yeni zirvələr arzulayırıq! 🚀🧠
11/06/2026
Növbəti Uğurumuz! 🎉🏆
Lütfi Zadə adına Məntiq Olimpiadasında möhtəşəm nəticə!
Tovuz şəhəri N. Tusi adına Təbiət və Texniki fənlər təmayüllü liseyin şagirdi Hüseynova Dəniz olimpiadada yüksək bilik və məntiqi təfəkkür nümayiş etdirərək 3-cü yerə layiq görülmüşdür! 🥉✨
Şagirdimizi, onun üzərində əməyi olan ailəsini və müəllimlərini ürəkdən təbrik edir, Dənizə təhsil həyatında yeni-newi böyük uğurlar arzulayırıq! Yolun hər zaman açıq və nailiyyətlərlə dolu olsun! 🚀
02/06/2026
Elm və zəka bayramımızda dəyərli qonaqlarımızla birgə! 🌟✨
Olimpiada mükafatlandırma mərasimimiz sadəcə qaliblərin elan olunması ilə deyil, həm də cəmiyyətimizin fəal, ziyalı və dəyərli simalarının gəncliyimizə verdiyi motivasiya ilə yadda qaldı! 🇦🇿🏅
Şagirdlərimizin bu qürur dolu günündə iştirak edərək onlara öz ürək sözlərini, təbriklərini və gələcək həyat yolları üçün mühüm tövsiyələrini çatdıran hər bir qonağımıza dərin təşəkkürümüzü bildiririk:
🔹 Fərqanə Mehmanqızı – tanınmış psixoloq, şagirdlərimizə ucalan elm yolunda mənəvi güc və motivasiya aşıladı.
🔹 Ülvi Qədir – müəllim və qəhrəman Qazimiz, gənclərə həm elmin, həm də vətənpərvərliyin ali dəyərlərini xatırlatdı.
🔹 Xəqan Qədimov – Yeni Azərbaycan Partiyasının fəal gənci və ictimai fəal, gəncliyin cəmiyyətdəki aparıcı rolunu vurğuladı.
🔹 Röya Dəmirova – "Azərbaycan Mədəniyyəti" sosial şəbəkə platformasının Baş koordinatoru və dəyərli xanəndəmiz, həm çıxışı, həm də milli-mənəvi dəyərlərimizin elmlə vəhdəti haqqındakı tövsiyələri ilə tədbirimizə xüsusi rəng qatdı.
"Müasir İnnovasiyalar Liseyi" və "Fana Academy" olaraq, gələcəyimiz olan uşaqların tək akademik deyil, həm də milli ruhda, cəmiyyətə xeyirli bir fərd kimi yetişməsində rol oynayan hər kəsə minnətdarıq! 🤝📚
Zəfəriniz mübarək, əziz şagirdlər! Yolunuz açıq olsun! 🚀
01/06/2026

Olimpiadalarda fərqlənən şagirdlərə tərəfindən hədiyyələr təqdim edildi.
"Müasir İnnovasiyalar Liseyi" və "Fana Academy" olaraq, gələcəyimiz olan uşaqların tək akademik deyil, həm də milli ruhda, cəmiyyətə xeyirli bir fərd kimi yetişməsində rol oynayan hər kəsə minnətdarıq! 🤝📚
Zəfəriniz mübarək, əziz şagirdlər! Yolunuz açıq olsun! 🚀
30/05/2026
🏆 Riyaziyyat-Məntiq Olimpiadasının Mükafatlandırma Mərasimi!
Gənc zəkaların həyəcanla gözlədiyi an gəldi! "Fana Academy" və "MİL"-in birgə təşkilatçılığı ilə keçirilən Riyaziyyat-Məntiq Olimpiadasının qalibləri bəlli olur.
Öz bilik və bacarıqları ilə fərqlənən, gələcəyin parlaq zəkalarının uğurlarını birlikdə qeyd etmək üçün hər birinizi mükafatlandırma mərasiminə dəvət edirik! 🎉
📅 Tədbirin Detalları:
Tarix: 31 May
Saat: 09:00
Məkan (Ünvan): Müasir İnnovasiyalar Liseyi
⚠️ Vacib Qeyd:
📌 İştirak üçün qeydiyyat mütləqdir! Yerlərinizi öncədən təsdiqləmək və bu möhtəşəm günün bir parçası olmaq üçün bizimlə əlaqə saxlayın:
📞 Qeydiyyat üçün telefon: +994 51 555 09 91
Uşaqlarımızın uğurlarına birlikdə şahidlik edək və onlara növbəti nailiyyətlər üçün motivasiya verək! Hər birinizi gözləyirik. ✨
30/05/2026
🏆 Duolingo Olimpiadasının Mükafatlandırma Mərasimi!
Böyük maraq və rəqabətlə keçən Duolingo Olimpiadası artıq başa çatdı! İndi isə qaliblərimizi və uğur qazanan iştirakçılarımızı təbrik etmək, onların nailiyyətlərini birgə qeyd etmək vaxtıdır.
Sizləri möhtəşəm mükafatlandırma mərasimimizdə görməkdən şad olarıq!
📅 Tədbirin Detalları:
Tarix: 31 May
Saat: 09:00
Ünvan: Müasir İnnovasiyalar Liseyi
⚠️ Vacib qeyd: Mərasimdə iştirak etmək üçün qeydiyyat mütləqdir.
📞 Qeydiyyat və əlaqə üçün: +994 51 555 09 91
Təşkilatçılar: Fana Academy, MİL (Müasir İnnovasiyalar Liseyi)
23/05/2026
Zəkaların Mübarizəsi Olimpiadasında Böyük Uğur! 🏆
"Fana Academy" olaraq hər zaman savadlı, çalışqan və hədəfə doğru addımlayan gənclərimizlə qürur duyuruq!
Kursumuzun IX sinif şagirdi Əli Zeynalov "Zəkaların Mübarizəsi Olimpiadası"nda möhtəşəm bir uğura imza ataraq Respublika üzrə 1-ci yerin sahibi olub! 🥇✨
Əlini, onun ailəsini və bu uğurda əməyi keçən bütün müəllimlərimizi ürəkdən təbrik edir, gələcək təhsil həyatında daha böyük zirvələri fəth etməsini arzulayırıq! Yolun açıq olsun, Əli! 🚀
📍 Ünvanlarımız: Yeni Yasamal, Gənclik m/s yaxınlığı, 8 Noyabr m/s yaxınlığı
📞 Əlaqə (WhatsApp): +994 51 555 09 91