Yusif Əliyev adına 195 nömrəli tam orta məktəb

Yusif  Əliyev adına 195 nömrəli tam orta məktəb

Share

Rəsmi facebook səhifəsi. Səhifəmizin məqsədi məktəbin həyatında olan gündəlik məlumatları ictimaiətə çatdırmaqdan ibarətdir.

195 nömrəli məktəb haqqında daha geniş məlumatı https://bakimektebleri.edu.az/195/ məktəbin rəsmi saytından əldə edə bilərsiniz

Photos from Yusif  Əliyev adına 195 nömrəli tam orta məktəb's post 18/04/2026

# Pi- gününə həsr olunmuş riyaziyyat yarışı

Pi gününə həsr olunmuş “Riyaziyyat Yarışı” məktəbimizdə böyük maraq və coşqu ilə keçirildi. Yarış riyaziyyat müəllimlərinin təşkilatçılığı ilə baş tutdu və şagirdlərin bilik və bacarıqlarını nümayiş etdirməsi üçün gözəl imkan yaratdı. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın sonunda qaliblər müəyyən olundu: I yer — 8C sinfinin “Ekvivalent” komandası, II yer — 8E sinfinin “Pifaqor” komandası, III yer — 8Ç sinfinin “Viyet” komandası seçildi. Qalib komandaları təbrik edir, bütün iştirakçılara uğurlar arzulayırıq! Bu cür tədbirlər şagirdlərdə riyaziyyata olan marağı daha da artırır və onların məntiqi düşüncə qabiliyyətini inkişaf etdirir.

Photos from Yusif  Əliyev adına 195 nömrəli tam orta məktəb's post 18/04/2026

Leonardo da Vincinin yaradıcılığı və həyat hekayəsi

16 mart 2026-cı il tarixində kitabxanaçıların təşkilatçılığı ilə dahi rəssam və alim Leonardo da Vinçinin həyat və yaradıcılığına həsr olunmuş maraqlı söhbət təşkil olundu. Söhbətin əsas məqsədi şagirdlərə bu böyük şəxsiyyətin elmi və bədii irsini daha yaxından tanıtmaq idi. Şagirdlər mövzu üzrə təqdimatlar hazırlayaraq çıxış etdilər. Onlar Leonardo da Vinçinin həyat yolu, məşhur əsərləri və elmi fəaliyyətləri haqqında geniş məlumat verdilər.Daha sonra şagirdlər mövzu ilə bağlı hazırlanmış videoçarx izlədilər. Video vasitəsilə Leonardo da Vinçinin yaradıcılığı və ixtiraları daha əyani şəkildə nümayiş olundu və şagirdlərdə böyük maraq doğurdu.

Photos from Yusif  Əliyev adına 195 nömrəli tam orta məktəb's post 18/04/2026

Dünya bizim üçün bir nağıldır

13 mart 2026-cı il tarixində məktəbin psixoloqu Ramiyə Məmmədlinin təşkilatçılığı ilə 2-ci sinif şagirdləri və ibtidai sinif müəllimlərinin də iştirakı ile 'Dunya bizim üçün bir nağıldır” adlı maarifləndirici və maraqlı tədbir təşkil olundu. Tədbirin məqsədi uşaqların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, onların emosional dünyasını zənginləşdirmək və nağıllar vasitəsilə müsbət dəyərləri aşılamaq idi. Tədbir zamanı uşaqlar müxtəlif nağıl qəhrəmanlarının obrazlarını canlandıraraq maraqlı səhnəciklər nümayiş etdirdilər. Onların rəngarəng çıxışları tədbirə xüsusi ab-hava qatdı və iştirakçılarda xoş təəssürat yaratdı.

Photos from Yusif  Əliyev adına 195 nömrəli tam orta məktəb's post 18/04/2026

Futbol yarışı keçirildi

Məktəbimizin və 302 nömrəli tam orta məktəbin 6–7-ci sinif şagirdləri arasında futbol yarışı keçirildi. Aşağı yaş qrupu üzrə komandalar arasında oyun 4:4 hesabı ilə başa çatdı. Yuxarı yaş qrupu üzrə isə bu komandalar arasında keçirilən oyun 10:7 hesabı ilə nəticələndi. Oyunlar çox maraqlı və gərgin keçdi. Şagirdlər böyük həvəslə iştirak etdilər və öz bacarıqlarını nümayiş etdirdilər. Bu cür yarışlar şagirdlərin idmana marağını artırır və sağlam həyat tərzini təşviq edir.

Photos from Yusif  Əliyev adına 195 nömrəli tam orta məktəb's post 18/04/2026

Basketbol yarışı keçirildi

05 mart 2026-cı il tarixində məktəbimizin idman zalında basketbol yarışı keçirildi. Yarış çox maraqlı və əyləncəli oldu. Şagirdlər iki komandaya bölündülər və oyuna başladılar. Oyun çox gərgin keçdi. Hər iki komanda qalib gəlmək üçün çalışırdı. Şagirdlər topu səbətə atmaq üçün bir-biri ilə mübarizə aparırdılar. Müəllimlər və şagirdlər oyunu böyük maraqla izləyirdilər. Sonda komandalardan biri qalib gəldi və hamı onları təbrik etdi. Bu yarış məktəbdə çox gözəl və unudulmaz bir gün oldu.

Photos from Yusif  Əliyev adına 195 nömrəli tam orta məktəb's post 18/04/2026

Şən startlar" estafet yarışı keçirildi

05 mart 2026-cı il tarixində 3d və 4e sinif şagirdləri arasında “Şən startlar” estafet yarışı keçirildi. Yarış şagirdlər arasında idmana marağı artırmaq, onların fiziki inkişafını gücləndirmək və komanda ruhunu formalaşdırmaq məqsədilə təşkil olunmuşdu. Şagirdlər yarışda böyük həvəslə iştirak etdilər və müxtəlif estafet tapşırıqlarını yerinə yetirdilər. Yarış çox maraqlı və əyləncəli keçdi. Uşaqlar həm yarışdılar, həm də xoş vaxt keçirdilər. Belə tədbirlər şagirdlərin sağlam böyüməsinə, idmana marağının artmasına və dostluq münasibətlərinin möhkəmlənməsinə kömək edir.

18/04/2026

"Şən startlar" estafet yarışı keçirildi

Photos from Yusif  Əliyev adına 195 nömrəli tam orta məktəb's post 18/04/2026

"Ən sürətli şagird" qaçış yarışı

04 mart 2026-cı il tarixində məktəbimizdə 7A sinfi şagirdləri arasında “Ən sürətli şagird” adlı qaçış yarışı keçirildi. Yarışın məqsədi şagirdlər arasında idmana marağı artırmaq və sağlam həyat tərzini təşviq etmək idi.Yarış başlamazdan əvvəl iştirakçılara qaydalar izah edildi və onlar qısa isinmə hərəkətləri etdilər. Daha sonra start siqnalı verildi və şagirdlər finiş xəttinə doğru sürətlə qaçmağa başladılar. Yarış çox maraqlı və həyəcanlı keçdi. Şagirdlər qalib olmaq üçün böyük səylə mübarizə apardılar. Sonda finiş xəttini birinci keçən 7A sinfinin şagirdi Camalov Zamiq yarışın qalibi oldu və “Ən sürətli şagird” adına layiq görüldü. Qalib və digər iştirakçılar təbrik edildi. Bu cür yarışlar şagirdlərin sağlamlığını möhkəmləndirir, idmana marağı artırır və dostluq münasibətlərini daha da gücləndirir.

Photos from Yusif  Əliyev adına 195 nömrəli tam orta məktəb's post 18/04/2026

Sağlam qidalanma ilə bağlı maarifləndirmə tədbiri keçirildi

04 mart 2026-cı il tarixində məktəbin ibtidai sinif müəllimi Şəhla Əliyevanın təşkilatçılığı ilə 3 “B” sinfində sağlam qidalanma mövzusunda maarifləndirici tədbir təşkil olundu. Tədbirin əsas məqsədi şagirdlərə sağlam qidalanmanın əhəmiyyətini izah etmək, düzgün qida seçimi haqqında məlumat vermək və sağlam həyat tərzinə marağı artırmaq idi. Şagirdlər meyvə və tərəvəzlərin faydaları, zərərli qidalardan uzaq durmağın vacibliyi haqqında məlumatlar əldə etdilər.Tədbir zamanı şagirdlər mövzu ilə bağlı təqdimatlar etdilər, maraqlı fikirlər səsləndirdilər və sağlam qidalanma haqqında müxtəlif plakatlar nümayiş etdirdilər. Onlar gündəlik qida rasionunda faydalı məhsullardan istifadə etməyin vacibliyini vurğuladılar.Maarifləndirici tədbir şagirdlərin böyük marağı ilə qarşılandı və onların sağlam həyat tərzi barədə biliklərinin artırılmasına töhfə verdi.

Photos from Yusif  Əliyev adına 195 nömrəli tam orta məktəb's post 17/04/2026

"Olimpiya oyunları uşaqların gözü ilə" əl işlərinin hazırlanması

03 mart 2026-cı il tarixində ibtidai siniflərində “Olimpiya oyunları uşaqların gözü ilə” mövzusunda əl işlərinin hazırlanması təşkil olundu. Şagirdlər bu mövzu ilə bağlı müxtəlif əl işləri hazırladılar. Onlar öz təsəvvürlərində Olimpiya oyunlarını rəngli qələmlər, kağız və digər materiallardan istifadə edərək canlandırdılar. Şagirdlərin hazırladıqları işlərdə müxtəlif idman növləri, Olimpiya halqaları və idmançıların mübarizəsi təsvir olundu. Bu fəaliyyət zamanı uşaqlar həm yaradıcılıq qabiliyyətlərini göstərdilər, həm də Olimpiya oyunları haqqında daha çox məlumat əldə etdilər.Belə tədbirlər ibtidai sinif şagirdlərinin yaradıcılığını inkişaf etdirir və onlarda idmana marağı artırır.

Photos from Yusif  Əliyev adına 195 nömrəli tam orta məktəb's post 17/04/2026

Səhər gimnastikası zamanı

02 mart 2026-cı il tarixində məktəbimizin həyətində səhər gimnastikası təşkil olundu. İbtidai sinif şagirdləri sıraya düzülərək müəllimlərini diqqətlə dinlədilər. Müəllim əvvəlcə gimnastikanın sağlamlıq üçün faydaları haqqında qısa məlumat verdi. Sonra hamı birlikdə məşqlərə başladı.Şagirdlər əvvəlcə isinmə hərəkətləri etdilər. Daha sonra qollar, ayaqlar və bel üçün müxtəlif məşqlər yerinə yetirdilər. Uşaqlar hərəkətləri həvəslə və intizamla icra etdilər. Gimnastika zamanı hamının əhvalı çox yaxşı idi.Səhər gimnastikası uşaqların sağlam böyüməsinə və günə gümrah başlamasına kömək edir. Bu cür tədbirlər şagirdlərin dərslərdə daha fəal olmasına şərait yaradır.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address

Bakı ş. Qarardağ Ray. Qobustan Qəs
Baku
1080

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00