Ayla Coach

Ayla Coach

Teilen

Kontaktinformationen, Karte und Wegbeschreibungen, Kontaktformulare, Öffnungszeiten, Dienstleistungen, Bewertungen, Fotos, Videos und Ankündigungen von Ayla Coach, Persönlicher Trainer, Chausseestrasse 30, Berlin.

16/06/2026

Hər gecə sadəcə 5 dəqiqə🧘‍♀️

16/06/2026

Hansı planınızı danışdıqdan sonra baş tutmadığını görmüsünüz ?

16/06/2026

Sən də öz hekayəni yaz…🧘‍♀️✨





12/06/2026

Bu post qarşına çıxıbsa, öz üzərində işləməyi yubatma deməkdir✨

11/06/2026

Qadın🔥

08/06/2026

Hələ də dəyərli olana layiq deyiləm…💔 bu inanc gündəlik davranışlarımızda belə bizə adi gələcək nələrinsə içində gizlənə bilir.

Photos from Ayla Coach's post 06/06/2026

Sevgi yaz və meditasiya ilə bağlı məlumat əldə et❤️‍🔥

01/06/2026

Keçmişdə enerjimi qorumadan hər kəsə həddindən artıq fədakarlıq edən biri kimi deyə bilərəm ki, bu mənə baha başa gəldi. İndi düşünürəm ki, vaxtilə balansı pozaraqdan xərclədiyim bu enerjini öz həyatıma istiqamətləndirsəydim, daha faydalı olardı. Nəysə ki dərs çıxarıb yola davam etməyi və hər bir şəraitdə inkişafa meyilli olmağı bacarıram.🔥

Photos from Ayla Coach's post 31/05/2026

Doğru insan kimdir və necə hiss etdirir?

31/05/2026

• Kəpənəklər hiss edirsənsə, bu mütləq doğru insan demək deyil👇🏻
✨Çox insan qarnında kəpənəklərin uçuşmasını sevginin əlaməti hesab edir. Halbuki bu hiss bəzən həyəcanın, qeyri-müəyyənliyin və ya narahatlığın nəticəsi olur. Doğru insan hər zaman ürəyini sürətlə döyündürməz. Əksinə, onun yanında özünü daha sakit və təhlükəsiz hiss edərsən.

• Doğru insan səni dəyişdirməyə çalışmır👇🏻
✨Bir çox insan münasibətə girəndən sonra qarşısındakını öz istədiyi formaya salmağa çalışır. Doğru insan isə səni olduğun kimi qəbul edir. O, inkişafını dəstəkləyə bilər, amma şəxsiyyətini dəyişdirməyə çalışmaz. Onun sevgisi şərtlərə bağlı olmur.

• Doğru insan mübahisə zamanı tanınır👇🏻
✨ ⁠Hər kəs yaxşı günlərdə yaxşı davranmağı bacarır. Əsl xarakter fikir ayrılığı yarananda ortaya çıxır. Doğru insan qəzəbli olsa belə, hörmət sərhədini keçmir. Səni incitmək üçün zəif nöqtələrindən istifadə etmir. Problemi həll etməyə çalışır, qalib gəlməyə yox.

• Doğru insanın sevgisini təxmin etməyə çalışmırsan👇🏻
✨Qarışıq davranışlar çox vaxt sevgi kimi görünür. Bir gün yaxın, bir gün uzaq olmaq insanı emosional olaraq bağlaya bilər. Lakin, bu sağlam münasibətin əlaməti deyil. Doğru insanın hissləri və niyyəti əsasən aydın olur. Onun səni sevib-sevmədiyini hər gün yenidən analiz etməyə ehtiyac duymursan.

• Doğru insan gələndə həyatın kiçilmir👇🏻
✨Bəzi münasibətlər insanın bütün diqqətini və enerjisini özünə çəkir. Nəticədə dostlar, hədəflər və şəxsi inkişaf geri planda qalır. Doğru insan isə səndən onu həyatının mərkəzinə qoymağını istəmir. O, səni digər dəyərlərindən uzaqlaşdırmır. Həyatını daraltmaq əvəzinə daha da zənginləşdirir.

Wollen Sie Ihr Schule/Universität zum Top-Schule/Universität in Berlin machen?

Klicken Sie hier, um Ihren Gesponserten Eintrag zu erhalten.

Lage

Webseite

Adresse

Chausseestrasse 30
Berlin
10115