25 nömrəli tam orta məktəb

25 nömrəli tam orta məktəb

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 25 nömrəli tam orta məktəb, Middle School, Əhmədli qəsəbəsi, M. Rüstəmov küçəsi 3, Baku.

Photos from 25 nömrəli tam orta məktəb's post 14/06/2025

25 nömrəli tam orta məktəbin müəllim kollektivinin iştirakı ilə "Korrupsiyaya qarşı mübarizə" mövzusunda tədbir keçirilmişdir. Tədbir zamanı korrupsiyaya qarşı şəffaflığın daha da artırılması və bu hallara şərait yaradan halların qarşısının alınması mövzusunda çıxışlar edilmişdir.

03/06/2025

Xətai rayonu 25 saylı tam orta məktəbin 8 “B” sinfinin Qarabağa təşkil olunmuş ilk səfəri şagirdlərin həyatında unudulmaz bir səhifəyə çevrildi. Bu səfər çərçivəsində onlar Ağdam, Xocalı, Əsgəran, Xankəndi, Şuşa və İsa bulağını ziyarət etdilər. Səfərin kulminasiya nöqtəsi isə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününü Şuşada qeyd etmələri oldu.
Ağdamda dağıdılmış şəhər mənzərəsi, Xocalıda şəhidlərin xatirəsinə ucaldılmış abidələr və Əsgəranla Xankəndidə aparılan quruculuq işləri şagirdlərə Qarabağın tarixi və bu gün baş verən bərpa prosesi haqqında dərin təəssürat bağışladı. Onlar bu torpaqların azadlığı və inkişafı uğrunda aparılan mübarizənin canlı şahidinə çevrildilər.
Şuşada keçirilən 1 İyun tədbiri isə şagirdlər üçün xüsusi önəm daşıyırdı. Bu müqəddəs şəhərdə, azad edilən torpaqlarımızda Uşaqlar Bayramını qeyd etmək onların qəlbində vətənə sevgi və qürur hissini daha da gücləndirdi. Bayram şənliyi musiqili çıxışlar, rəqslər və maraqlı oyunlarla müşayiət olundu. Şagirdlər həm əyləndilər, həm də bu torpaqlarda keçirilən hər tədbirin necə böyük mənəvi dəyər daşıdığını dərk etdilər.
Sonda İsa bulağında su içərək səfəri başa vuran şagirdlər, Qarabağın həm qəhrəmanlıq, həm də dirçəliş simvolu olduğunu anlayaraq Bakıya qayıtdılar.
Bu səfər onlara tarix, vətən və azadlıq anlayışlarını daha dərindən anlamaq imkanı verdi və qəlblərində silinməz iz buraxdı.

Photos from 25 nömrəli tam orta məktəb's post 03/06/2025

28/05/2025

Bakı şəhəri 25 nömrəli tam orta məktəbdə 1C sinif rəhbəri Mənsurə Məmmədova tərəfindən "28 May Müstəqillik Günü"nə həsr olunmuş xüsusi dərs saatı keçirildi.

28/05/2025

"Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına həsr olunacaqdır!"-deyən Ümumilli lider öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu.
Milli Məclisin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında "Müstəqillik Günü haqqında" yeni qanun qəbul edilib. Elə həmin gün Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.
Qanunun təsdiqlənməsi ilə 28 May-Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib.
Bu gün münasibətilə Bakı şəhəri 25 nömrəli tam orta məktəbin uşaqıarla sinifdənxaric və məktəbdənkənar iş üzrə təşkilatçısı Lətafət Alcanovanın təşkilatçılığı ilə "Müstəqil Azərbaycan" adlı tədbir keçirildi. Məktəbin direktoru Nəzakət Əsgərova Azərbaycan xalqının qəhrəmanlıq salnaməsindən söz açaraq, hər kəsi təbrik etdi. Tədbirin bədii hissəsində yuxarı sinif şagirdləri ilə birlikdə məktəbin 1C və 3A sinif şagirdləri də mahnı və rəqs nömrələrini nümayiş etdirdilər.

11/05/2025

25 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin zəngin irsinə həsr olunmuş təşkilat saatları keçirilib.
Məktəbin illik fəaliyyət planına uyğun olaraq, şagirdlərdə vətənə sevgi, dövlətə bağlılıq və milli-mənəvi dəyərlərə hörmət hisslərinin formalaşdırılması, tarixi şəxsiyyətlərin tanıdılması, onların vətənpərvərlik ruhunda tərbiyə olunması və Azərbaycan tarixinin şərəfli səhifələrinin dərindən mənimsənilməsinə şərait yaratmaq məqsədilə silsilə tədbirlər həyata keçirilmişdir. Bu çərçivədə, müasir Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbirlər planı hazırlanmış və icra olunmuşdur. Tədbirlərin əsas məqsədi Ulu Öndərin zəngin və mənalı həyat yolu, müdrik dövlətçilik fəaliyyəti və Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri barədə şagirdlərə dolğun məlumat vermək, həmçinin liderlik və məsuliyyət kimi keyfiyyətlərin aşılanmasını təşviq etməkdir.
Tədbirlər planına uyğun olaraq mayın 8-də Ümummilli Lider Heydər Əliyevin zəngin irsinə həsr olunmuş təşkilat saatları keçirilib.

10/05/2025

25 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin zəngin irsinə həsr olunmuş təşkilat saatları keçirilib

Məktəbin illik fəaliyyət planına uyğun olaraq, şagirdlərdə vətənə sevgi, dövlətə bağlılıq və milli-mənəvi dəyərlərə hörmət hisslərinin formalaşdırılması, tarixi şəxsiyyətlərin tanıdılması, onların vətənpərvərlik ruhunda tərbiyə olunması və Azərbaycan tarixinin şərəfli səhifələrinin dərindən mənimsənilməsinə şərait yaratmaq məqsədilə silsilə tədbirlər həyata keçirilmişdir. Bu çərçivədə, müasir Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbirlər planı hazırlanmış və icra olunmuşdur. Tədbirlərin əsas məqsədi Ulu Öndərin zəngin və mənalı həyat yolu, müdrik dövlətçilik fəaliyyəti və Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri barədə şagirdlərə dolğun məlumat vermək, həmçinin liderlik və məsuliyyət kimi keyfiyyətlərin aşılanmasını təşviq etməkdir.
Tədbirlər planına uyğun olaraq mayın 8-də Ümummilli Lider Heydər Əliyevin zəngin irsinə həsr olunmuş təşkilat saatları keçirilib.

02/05/2025

Bakı şəhəri 25 nömrəli tam orta məktəbin tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrinə əsasən 165 nəfər şagirdin 40 nəfəri 200 baldan yüksək nəticə göstərib.
Şagirdlərimizi, müəllimlərimizi və valideynləri təbrik edirik.
Aliyeva Ayan Ramis-298 bal
Əli Dəniz Xaliq-292 bal
Ağayeva Mədinə Faiq-283 bal
İbrahimli Sevanə İsmail-283 bal
Qurbanlı Nuray Namiq-280 bal
Əhmədova Aysu Bəhruz-278 bal
Musaim Ömər Teymur-275
Süleymanov Əli Taleh 271 bal
İbrahimova Zümrüd Ağalar-271 bal
Zərbəli Yusif İlham-268 bal
Aslanzadə Zəhra Elşən-257
Qədirova Fatimə Aqil-257 bal
Vəliyeva İlahə Vəli-256 bal
Nağıyeva Zərifə İlqar-254 bal
Cəfərova Mələk Ramin-252 bal
Hüseynov Urfan Orxan-250 bal
Məmmədov Elton Emil-250 bal
Əlizadə Əlirza Elçin-244 bal
Hüseynzadə Aliyə Fuad-244 bal
İsmayılov Murad Orxan-238
İbrahimova Nəzrin İsmail-239 bal
Xeyrxəbərli Nazim Orxan-235 bal
Məmmədzadə Yaqut Fərahim-233 bal
Əliyeva Leyla Zaur-230 bal
Yusifzadə Yusif Sabuhi-229 bal
Mirişli Miranə Mircəfər-220 bal
Bayramova Çimnaz Samir-220 bal
Bayramlı Zeynəb Azər-219 bal
Mikayılov İsmayıl Zabil-218 bal
Bağırova Əsmər Pərviz-218 bal
Abbasova Ayla Rəşad-218 bal
Qurbanova Rəhimə Hüseyn-216 bal
Ağayeva Aydan Bilal-209 bal
Quliyev Fərman Fəxrəddin -206 bal
Kərimzadə Dəniz Murad-205 bal
Nuriyeva Fidan Namiq-202 bal
Nəzərli Zəhra Rövşən-201 bal
Həsənova Fərəh Rəşad-201 bal
Mədətzadə Nigar Rəşad-200 bal
Əliyeva Nərvin Emil-200 bal

Photos from 25 nömrəli tam orta məktəb's post 21/04/2025

18 və 21 aprel 2025-ci il tarixlərində məktəbin psixoloqları İradə Rzayeva və Aytac Cəfərli tərəfindən Xətai rayonu, 25 nömrəli tam orta məktəbin 8 və 9-cu sinif şagirdləri üçün “Erkən nigah” və “Qohum nigahları” mövzularında maarifləndirici seminar təşkil olunub.

Seminarda bu nigahların psixoloji, tibbi və sosial fəsadları haqqında ətraflı məlumat verilib, şagirdlərin sualları cavablandırılıb və interaktiv müzakirələr aparılıb.

Maarifləndirici tədbirin məqsədi şagirdlərdə sağlam düşüncə formalaşdırmaq və gələcək həyatlarına dair doğru qərarlar vermələrinə dəstək olmaqdır.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Əhmədli Qəsəbəsi, M. Rüstəmov Küçəsi 3
Baku

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00