📦 Təchizat Zəncirinin İdarə Edilməsi Təliminin növbəti modulları uğurla davam edir!
Təlimçi Turqay Abdullayevin təqdimatında iştirakçılar Anbar Ehtiyatlarının İdarə Edilməsi və Tələbin Proqnozlaşdırılması və Ehtiyatların Planlanması mövzularında həm nəzəri biliklər, həm də praktiki yanaşmalar əldə edirlər.
Təlim çərçivəsində anbar əməliyyatlarının idarə olunması, KPI-ların təhlili, WMS sistemləri, barkod və RFID texnologiyaları, inventar nəzarəti, MRP, EOQ, ROP, Safety Stock, ABC/XYZ analizləri və tələb proqnozlaşdırma metodları kimi vacib mövzular öyrənilir. İştirakçılar Excel üzərində praktiki hesablamalar apararaq real biznes nümunələri ilə işləyirlər.
Bütün iştirakçılarımıza təlimin növbəti mərhələlərində uğurlar arzulayırıq!
Supply Chain Management by BMS
💡 Bu səhifə Təchizat Zəncirinin İdarə Edilməsinə dair bir səhifədir.
17/06/2026
📢 Dövlət satınalmaları sahəsində karyera qurmaq istəyənlər üçün qeydiyyat başladı!
Supply Chain Management by BMS tərəfindən təşkil olunan "0-dan başlayanlar üçün Dövlət Satınalmaları Mütəxəssisi" təlim proqramının 13-cü sessiyasına start verilir.
Təlim dövlət satınalmaları sahəsində fəaliyyətə yeni başlayanlar, bu istiqamətdə karyera qurmaq istəyənlər, müxtəlif sahələrdən keçid edən əməkdaşlar və tələbələr üçün nəzərdə tutulub. Proqram çərçivəsində iştirakçılar dövlət satınalmalarının əsas prinsipləri, prosedurları və praktik tətbiqləri ilə tanış olacaq, sahədə fəaliyyət göstərmək üçün vacib bilik və bacarıqlar əldə edəcəklər.
👨🏫 Təlim sahə üzrə uzunmüddətli peşəkar təcrübəyə malik Hamil İsmayılov tərəfindən tədris olunacaq.
📩 Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxlayın.
🌐 scm.az
📧 [email protected]
📞 055 300 35 91
16/06/2026
🎓 İsmayıl Baxışlının tədrisi ilə keçirilən “Təchizat və Satınalma Mütəxəssisi” təliminin 16-cı sessiyası uğurla başa çatdı.
Sessiya ərzində iştirakçılar satınalma və təchizat proseslərinin əsas mərhələləri, bazar araşdırması, təchizatçı seçimi, qiymət təhlili və effektiv satınalma yanaşmaları barədə biliklərini inkişaf etdirdilər.
Təlim yalnız nəzəri biliklərlə məhdudlaşmır, eyni zamanda iştirakçıların real iş mühitində tətbiq edə biləcəkləri praktiki bacarıqların formalaşdırılmasına da yönəlib.
📌 Təchizat və satınalma sahəsində karyera qurmaq istəyirsinizsə, növbəti sessiyalara qoşula bilərsiniz.
📍 SCM by BMS – Focused on Operations & Supply Chain
🌐 scm.az
📧 [email protected]
📞 055 300 35 91
16/06/2026
SCM by BMS tərəfindən təşkil olunan ənənəvi Təchizatçılar Turuna 7-ci turu üçün son yerlər!
Satınalma və təchizat sahəsinin peşəkarlarını bir araya gətirən ənənəvi görüş yenidən qarşınızda!
21 iyun tarixində İsmayıllıda keçiriləcək Dövlət və Özəl Satınalmalar Panel Müzakirəsi çərçivəsində iştirakçılar sahənin aparıcı ekspertləri ilə bir araya gələrək aktual çağırışlar, praktiki təcrübələr və uğurlu satınalma strategiyaları haqqında fikir mübadiləsi aparacaqlar.
🎙Diskussiyanın aparıcıları:
• İsmayıl Baxışlı
• Rza Rzayev
• Rüstəm Kərimov
• Etibar Qasımov
📍 İsmayıllı – Talıstan Runaway
📅 21 iyun
Yerlərin sayı məhduddur. Təchizat zəncirində dəyərli əlaqələr qurmaq və peşəkar biliklərinizi inkişaf etdirmək üçün qeydiyyatınızı tamamlayın.
15/06/2026
Sistemləşdirmə edin demək qədər rahat məsələ deyil. Zaman istəyir, resurs istəyir, prosesləri düzgün başa düşmək, düzgün qavramaq, təkrarlanan prosesləri standart halına gətirmək, avtomatlaşdırma, rəqəmsallaşdırma, hədəfə doğru aydın və ardıcıl yanaşma tələb edir.
20 ildən çox fərqli biznesləri müşahidə etmək imkanım olduğu üçün deyə bilərəm ki, Azərbaycan iş mühitində bunu çox az adam edə bilib.
Əslində sistemləşdirmə şirkətin bütün fəaliyyətini əhatə edə bilər. Amma bu həmişə ümumi korporativ sistem şəklində olmur. Bəzən konkret bir funksiyanın mükəmməl qurulması da ciddi sistemləşdirmə nümunəsidir.
Yaxınlarda əmlak alqı-satqısı həyata keçirən bir şirkətlə geniş söhbətimiz oldu. Müşahidə etdiyim o oldu ki, işə qəbul olunan yeni əməkdaşa iş prosesi təxminən 1 aya mənimsədilir və həmin əməkdaş qısa müddətdə 5-10 illik əməkdaşların satış nəticələrinin 60-70%-nə çata bilir.
Şirkət rəhbərinin öz işini mükəmməl bilməsi, prosesləri düzgün və ardıcıl protokollaşdırması, onu sistemli şəkildə heyətə ötürməsi və heyətin peşəkar icrası nəticədə mükəmməl orkestr effekti yaradır.
Deməli, burada sistemləşdirməni görmək üçün mənim diqqətimi çəkən əsas nüans yeni əməkdaşın sürətli adaptasiyası oldu.
Təsadüfi deyil ki, beynəlxalq tədqiqatlar da eyni nəticəni göstərir.
2023-cü ildə aparılmış geniş elmi araşdırmaya görə, biznes proseslərinin standartlaşdırılması şirkətlərdə şəffaflığı artırır, proses müddətlərini qısaldır, xidmət keyfiyyətini yüksəldir və gələcək avtomatlaşdırmanın əsasını yaradır.
156 şirkət üzərində aparılmış empirik araşdırma isə göstərib ki, proseslərin standartlaşdırılması vaxt, xərc və keyfiyyət göstəricilərinə birbaşa müsbət təsir edir.
Daha maraqlı fakt isə budur ki, standartlaşdırılmış işə qəbul və adaptasiya prosesi quran şirkətlərdə işçi seçimi müddəti 92 gündən 69 günə düşüb, proses xərcləri isə təxminən 30% azalıb.
2026-cı ildə dərc olunan Harvard Business School araşdırması göstərir ki, yaxşı qurulmuş təlim və öyrətmə sistemləri əməkdaşların məhsuldarlığını artırmaqla yanaşı, rəhbərlərin də vaxtını azad edir və onların daha strateji məsələlərə fokuslanmasına imkan yaradır.
Çoxlu sayda ünsiyyətdə olduğum və konsaltinqini apardığım şirkətlərdə ən böyük boşluqlardan biri də məhz budur.
Sahibkar işini bilir, amma onu öyrədə bilmir.
Menecer prosesi bilir, amma sənədləşdirə bilmir.
Şirkət satış edir, amma satışı təkrarlaya bilmir.
Əsl sistemləşdirmə isə məhz burada başlayır:
İş o qədər aydın təsvir edilməlidir ki, yeni gələn əməkdaş onu qısa müddətdə mənimsəyib nəticə yarada bilsin.
Əgər nəticə yalnız bir nəfərin başındadırsa, bu sistem deyil.
Əgər nəticə prosesin içindədirsə, bu artıq sistemdir.
Sistemləşdirmə də məhz budur — nəticəni təsadüflərdən çıxarıb peşəkarlığın üzərinə qurmaq.
Peyğəmbərimiz (s.ə.s.) buyurur:
“Allah birinizin gördüyü işi möhkəm və gözəl etməsini sevər.”
Bəxtiyar BƏXTİYAROV,
İdarəetmə və biznes üzrə təlimçi-konsultant
🎓 İsmayıl Baxışlının təqdimatında keçirilən "Yeni Başlayanlar üçün Təchizat və Satınalma Mütəxəssisi" Təliminin 16-cı sessiyası uğurla davam edir.
Təlim iştirakçıları satınalma və təchizat sahəsinin əsas prinsiplərini, proseslərini və real iş mühitində tətbiq olunan praktik yanaşmaları öyrənirlər.
Dərslər zamanı nəzəri biliklərlə yanaşı, iştirakçıların gələcək karyeralarında istifadə edə biləcəkləri praktiki bacarıqların formalaşdırılmasına da xüsusi diqqət yetirilir.
Videoda təlim prosesindən qısa görüntüləri sizinlə paylaşırıq. 🎥
📌 Satınalma və təchizat sahəsində karyera qurmaq istəyirsinizsə, növbəti sessiyalara qoşula bilərsiniz.
📍 SCM by BMS – Focused on Operations & Supply Chain
🌐 scm.az
📧 [email protected]
📞 055 300 35 91
14/06/2026
Komandanız dəyişikliklərə müqavimət göstərir?
Əməkdaşlar qərar verməkdən çəkinir? Bütün işlər sizin üzərinizdə qalır? Şirkətdə proseslər var, amma nəticələr gözlədiyiniz kimi deyil?
Bir çox hallarda problem əməkdaşlarda deyil, liderlik yanaşmasındadır.
Müasir biznes mühitində rəhbərlər yalnız idarə edən deyil, dəyişiklikləri yönləndirən, insanları inkişaf etdirən və sistemi quran liderlər olmalıdırlar.
📌 Bəxtiyar Bəxtiyarovun təqdimatında keçiriləcək "Adaptiv və Effektiv Liderlik" təlimində rəhbərlərin ən çox yol verdiyi səhvlər, komanda idarəetməsi, adaptiv qərarvermə, böhran dövründə liderlik və real biznes nümunələri üzərində praktik yanaşmalar müzakirə olunacaq.
👨🏫 Təlimçi: Bəxtiyar Bəxtiyarov
▪ İdarəetmə üzrə ekspert
▪ Unibank Satış Mərkəzinin rəhbəri
▪ 100-dən çox şirkətdə strateji idarəetmə və biznes transformasiyası üzrə konsultasiya təcrübəsi
🎯 CEO-lar, sahibkarlar, direktorlar, şöbə rəhbərləri və gələcəyin liderləri üçün.
Bəzən şirkətin nəticələrini dəyişmək üçün ilk növbədə liderlik yanaşmasını dəyişmək lazımdır.
📞 Ətraflı məlumat: 055 300 35 91
🌐 scm.az 📧 [email protected]
📦 “Təchizat Zəncirinin İdarə Edilməsi” təliminin Satınalma modulu Rza Rzayev, MBA tərəfindən tədris olunaraq davam edir. İştirakçılar satınalma prosesləri, təchizatçı idarəetməsi və effektiv satınalma strategiyaları üzrə praktiki biliklər əldə edirlər. 🚀
13/06/2026
📢 Müqavilələrin İdarə Edilməsi Təlimi başlayır!
Müqavilələrdə risklərin qarşısını alan əsas amil düzgün idarəetmədir.. Müqavilələrin hazırlanması, risklərin idarə edilməsi, danışıqların aparılması və performansın qiymətləndirilməsi kimi vacib mövzuları öyrənmək istəyirsinizsə, bu təlim sizin üçündür.
👨🏫 Təlimçi: Nemət Əsgərov– SOCAR-da Müqavilələrin İdarə Olunması şöbəsinin rəhbəri.
🎯 Təlim satınalma, tender, logistika, layihə idarəetməsi və hüquq sahəsində çalışan və ya bu istiqamətdə inkişaf etmək istəyən şəxslər üçün nəzərdə tutulub.
📩 Qeydiyyat davam edir. Daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın!
🌐 scm.az
📧 [email protected]
📞 055 300 35 91
📍 Çinar Park Biznes Mərkəzi
12/06/2026
📚 Rza Rzayevin tədris etdiyi satınalma modulu iştirakçılarımız tərəfindən uğurla tamamlandı.
Bu müddətdə iştirakçılar təchizat zəncirinin idarə edilməsi, satınalma strategiyaları, tender prosesləri, müqavilə idarəçiliyi və rəqəmsal satınalma alətləri üzrə biliklər əldə etdilər.
🚛 İndi isə Nicat Şabanlının təqdimatında logistika moduluna start veririk. Qarşıdakı dərslərdə beynəlxalq yükdaşımalar, Incoterms, logistika sənədləri və nəqliyyat logistikası mövzuları iştirakçıları gözləyir.
Növbəti mərhələdə bütün iştirakçılarımıza uğurlar arzulayırıq!
🌐 scm.az
📧 [email protected]
📞 055 300 35 91
📍 Çinar Park Biznes Mərkəzi
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Website
Address
Kral Hüseyn 60
Baku
AZ1000