ADPU THİK

ADPU THİK

Share

İctimai təşkilat

31/05/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik! Gələcəyimiz onların xoşbəxt təbəssümündədir.

27/05/2026

Bu gün tariximizin parlaq səhifələrindən biri olan,hər bir azərbaycanlının qürurla xatırladığı bir gündür. Məhz bu gün Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Cümhuriyyətin cəmi 23 ay mövcud olmasına baxmayaraq, qoyduğu izlər çox dərindir. Bu gün biz müstəqilliyimizi həmin o izlərin davamı kimi qoruyur və inkişaf etdiririk.

Sovet işğalına baxmayaraq, 28 May xalqın yaddaşından silinmədi. 1991-ci ildə yenidən müstəqil olan Azərbaycan Respublikası məhz həmin cümhuriyyətin varisi olduğunu bəyan etdi. Gənc nəsil bu tarixi tanımalı, keçmişdən ilham alaraq gələcəyin qurucusuna çevrilməlidir. Çünki 28 May - yalnız keçmişin yox, həm də gələcəyin günüdür.

27/05/2026

Azərbaycan Tələbə Liqası, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin
təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası dəstəyi ilə keçirilən futzal yarışıdır.

Yarışın B divizionuna 5 aprel tarixində start verilmişdir. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunların nəticəsinə əsasən Azərbaycan Dövlət Pedaqoji Universiteti çempion adını qazanmışdır. Komandamız yarış ərzində yüksək nəticələr göstərərək bütün oyunlarda qələbə qazanmağa bacarmışdır.

Beləliklə, Azərbaycan Dövlət Pedaqoji Universiteti uğurlu çıxışı ilə B divizionunun çempionu olmuş, tələbə futzalında yüksək komanda oyunu və idman hazırlığını nümayiş etdirmişdir. Komandamızın növbəti mövsümlərdə keçiriləcək yarışlarda da uğurlu çıxışını davam etdirəcəyinə inanır və yeni uğurlar əldə etmələrini arzulayırıq.

26/05/2026

Əziz tələbələr və dəyərli həmkarlar!

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi olaraq sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirik!

Qurban bayramı hər birimizin qəlbinə sevinc, evlərimizə bərəkət və xoşbəxtlik gətirsin.

Qurban bayramınız mübarək! ✨

22/05/2026

🌍 Azərbaycanda keçirilən WUF13 (World Urban Forum) bu gün rəsmi olaraq yekunlaşır!

17–22 may tarixlərini əhatə edən bu mötəbər beynəlxalq tədbir Bakını qlobal şəhərsalma və dayanıqlı inkişaf müzakirələrinin mərkəzinə çevirdi. Forum çərçivəsində müxtəlif ölkələrdən nümayəndələr bir araya gələrək şəhərlərin gələcəyi ilə bağlı mühüm məsələləri müzakirə etdilər.

🎓 30-dan çox tələbə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) dəstəyi ilə forumda iştirak etmişdir.

🇦🇿 Azərbaycanın belə əhəmiyyətli bir tədbirə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunun daha da artdığını göstərir.

Photos from ADPU THİK's post 17/05/2026

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 105 illik yubileyinə həsr olunmuş “Futbol turniri” uğurla başa çatmışdır.

Turnirdə ümumilikdə 8 komanda iştirak etmiş, gərgin və maraqlı mübarizə şəraitində keçən oyunların nəticəsində qaliblər müəyyənləşmişdir.

🥇 1-ci yer — Fiziki tərbiyə (FTC) komandası
🥈 2-ci yer — TCM komandası
🥉 3-cü yer — Fizika komandası

Final qarşılaşmaları yüksək rəqabət, böyük əzmkarlıq və əsl komanda ruhu ilə yadda qalmışdır. Turnir boyunca mübarizə aparan bütün komandalara təşəkkür edir, qalibləri isə ürəkdən təbrik edirik! 👏

Photos from ADPU THİK's post 15/05/2026

15 may 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində fəaliyyət göstərən “Gənc Yazarlar” klubunun təşkilatçılığı ilə universitetdə ilk dəfə “Auditoriya 404: Qara qutu” adlı interaktiv yarış təşkil edilib. 4 nəfərlik komandalar daxilində baş müstəntiq və köməkçi müstəntiq kimi vəzifələr tutan iştirakçılar onlara təqdim edilmiş videolar, şəkillər, mesaj görüntüləri, ekspertiza rəyi və digər vasitələrdən istifadə etməklə həmçinin şübhəli şəxslərə suallar verməklə 404-cü auditoriyada baş vermiş cinayətin üstünü açmağa çalışıblar.

Sonda isə bütün hadisələrin izahı və analizi olan cavabları prokurora təqdim etməklə qiymətləndiriblər.

Nəticədə isə I yeri Suç və Cəza, II yeri Rus ruleti, III yeri isə No face No case komandaları tutub.

I yer tutan komandaya hədiyyə olaraq isə Baku Book Center-dən Şerlok Holmsun kitabı hədiyyə edilib.

Sonda isə bu yarışın təşkil edilməsində, ssenari və kamera görüntülərinin hazırlanmasında könüllü fəaliyyət göstərən tələbələr təşəkkürnamə ilə təltif ediliblər.

15/05/2026

14.05.2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən futbol turniri çərçivəsində növbəti qarşılaşma baş tutmuşdur.

ADPU komandası bu turda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının komandası ilə üz-üzə gəlmiş və oyunu 6:0 hesablı parlaq qələbə ilə başa vurmuşdur. Komandamız meydanda üstün performans sərgiləyərək oyunun gedişatına tam nəzarət etmişdir.

Qazanılan bu böyükhesablı qələbə komandanın hazırlıq səviyyəsinin yüksək olduğunu və komanda oyununda uyğunlaşmanın uğurla qurulduğunu bir daha təsdiqləyir.

Komandamızı ürəkdən təbrik edir, növbəti oyunlarda daha böyük uğurlar arzulayırıq! ⚽🔥

Photos from ADPU THİK's post 15/05/2026

14.05.2026 tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (ADPU THİK) geniş tərkibli iclas keçirilmişdir.

İclasda fakültə sədrləri, klub sədrləri və onların idarə heyəti üzvləri, 8 may tarixində baş tutmuş “Bədii Yaradıcılıq” müsabiqəsinin iştirakçıları iştirak etmişdir.

İclas ADPU THİK-sədri Cəmilə Qurbanovanın giriş sözü ilə açıq elan olunub. O bildirib ki, iclasın məqsədi illik tədbirləri müzakirə etmək, gələcək tədris ilində baş tuta biləcək layihələri nəzərdən keçirməkdir. O öz çıxışında klubların yenilənməsi, fəaliyyətləri üçün yaradılmalı olan imkanları nəzərdən keçirmiş, fakültələrin klublarla qarşılıqlı iş prinsipini yaratmasının əhəmiyyətini vurğulamışdır.

İclasda iştirak edən üzvlər 2025-2026-cı tədris ilində göstərdikləri əzm və peşəkarlıq üçün təltif olunmuşdurlar. Həmçinin, iclasda 08.05.2026-cı il tarixində baş tutmuş Ümummilli Lider Heydər Əliyevin anadan olunmasının 103-cü ildönümünə həsr olunmuş “Bədii Yaradıcılıq” müsabiqəsinin iştirakçıları fəal iştiraklarına və uğurlu çıxışlarına görə diplomla mükafatlandırılmışlar.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Üzeyir Hacıbəyli Küçəsi 68, Bakı Azərbaycan
Baku

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00