14/06/2026
21-23 may tarixlərində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi, UNEC Magistratura Məktəbi, “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı və Paşa Holdinq şirkətlər qrupunun baş sponsorluğu ilə təşkil olunan İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransının (ISCEMR-2026) təşkilinə dəstək verən “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinə sertifikatlar təqdim edilib.
Qeyd edək ki, bu dəfəki konfrans “Süni intellekt və kiçik dövlətlərin strateji seçimləri” mövzusunda keçirilib.
23/05/2026
3 GÜNDƏ 257 ÇIXIŞ!
Heydər Əliyev Mərkəzi, Regional İnkişaf İctimai Birliyi və UNEC-in birgə təşkilatçılığı və Orta Doğu Texniki Universitetinin (OTDU) əsas akademik tərəfdaşlığı ilə 21 mayda başlayan və üç gün davam edən “İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların 8-ci Beynəlxalq Elmi Konfransı”ı (ISCEMR 2026) bu gün - 23 may tarixində yekunlaşdı. “Süni İntellekt və Kiçik Dövlətlərin Strateji Seçimləri” mövzusuna həsr olunmuş konfransda 3 gün ərzində Süni İntellektlə bağlı 257 çıxış dinlənildi.
Bir daha ISCEMR 2026 konfransının təşkilində əməyi olan, dəstək verənlərin hər birinə təşəkkür edirəm.
Uğurlar, UNEC!
Hər şey daha da yaxşı olacaq!
19/05/2026
Hörmətli izləyicilər,
ISCEMR 2026 çərçivəsində təşkil olunacaq panel müzakirələrinin moderator və spikerlərini sizə təqdim edirik.
19/05/2026
Hörmətli izləyicilər,
Konfransın proqramı ilə aşağıdakı linkə keçid edərək tanış ola bilərsiniz
https://iscemr.az/uploads/archive/program/program_1779196634_2391.pdf
18/05/2026
Hörmətli izləyicilər,
ISCEMR 2026 çərçivəsində təşkil olunacaq online workshopların moderator və spikerlərini sizə təqdim edirik. Qeyd etmək istərdik ki, workshoplarımız Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəsmi sosial media hesablarından canlı olaraq yayımlanacaqdır.
---------------------------------------------------------------------
Dear follower,
We present to you the moderators and speakers of the online workshops that will be organized within ISCEMR 2026. We would like to note that our workshops will be broadcast live from the official social media accounts of the Azerbaijan State University of Economics (UNEC).
20/03/2026
Novruz Bayramınız Mübarək! 🌸
Yenilənmənin, ümidin və baharın müjdəçisi olan Novruz bayramı hər evə sevinc, ruzi-bərəkət və xoş günlər gətirsin.
Arzularınız çiçəklər kimi açsın, həyatınız daim işıqlı və uğurlu olsun!
20/03/2026
Ramazan bayramınız mübarək!
Hər birinizə sağlamlıq, xoşbəxtlik və bol ruzi-bərəkət arzulayırıq! 🙏✨🌙
Allah orucunuzu və dualarınızı qəbul eləsin!
08/03/2026
8 Mart – Beynəlxalq Qadınlar Gününüz mübarək!🌸
Happy 8 March – International Women’s Day!🌸