05/06/2026
Nəzəriyyədən daha yaxşısı varsa o da praktikadır!🏡
21 May tarixində mərkəzimizin interyer dizayn tələbələri davam edən inşaat sahəsi ilə tanış olublar. Tələbələrimiz müəllimlərinin rəhbərliyi ilə interyer dizaynın detallarını real layihə üzərindən öyrənib, təcrübədən keçiriblər.
Dizaynerlər təmir prosesinin ilkin anlayışlarını sınaqdan keçirmişdir. Eyni zamanda, kanalizasiya, su, enerji xətlərinin çəkilməsi, profil çəkilməsi, ölçü götürmək və sketchin işlənməsi kimi bir çox proseslə də tanış olublar.
Geriyə qalan səmimi görüntüləri sizlə bölüşürük.
Dizaynı real layihələrlə öyrənmək üçün “Baku Design Center”-ə müraciət etməyə tələsin!
03/06/2026
Yeni nəticələr ilə qarşınızdayıq! 😍
İnteryer Dizayn tələbələrimizin əldə etdikləri uğurlu və maraqlı işləri sizə təqdim edirik. 🥳
Bu nəticələr tələbələrimizin Baku Design Center-də keçdikləri tədris prosesində qazandıqları bilik və bacarıqların göstəricisidir. Tədris davam etdikcə daha peşəkar və yaradıcı layihələr ortaya çıxır. ✨
Əgər siz də interyer dizayn sahəsində bilik və bacarıqlarınızı inkişaf etdirmək istəyirsinizsə, dərslərimizə qoşula bilərsiniz. Tədris müddətinin sonunda tələbələrimiz təcrübə və ya iş imkanları ilə təmin olunurlar. 😎
📩 Ətraflı məlumat və sınaq dərsləri üçün bizə yazın və ya şərh bölməsinə “+” işarəsi qoyun.
30/05/2026
✨ Vision Board Günü ✨
Mərkəzimizdə təşkil etdiyimiz “Vision Board Günü” tələbələr üçün həm yaradıcı, həm də motivasiya dolu bir təcrübəyə çevrildi.
İştirakçılar gələcək hədəflərini, arzularını və karyera planlarını öz vision boardlarında əks etdirərək məqsədlərinə daha aydın baxış qazandılar. Kreativ atmosferdə keçən bu görüş zamanı tələbələr həm ilhamlandı, həm də özlərini ifadə etməyin fərqli yollarını kəşf etdilər 💫
Hədəflərini vizuallaşdır, öz yolunu qur və xəyallarına doğru inamla addımla ✨
27/05/2026
Karyera mərkəzimizin üstünlükləri 🚀
Tələbələrin gələcəyini daha düzgün formalaşdırmasına və peşəkar inkişafına dəstək olur. Mərkəz vasitəsilə tələbələr ilk olaraq öz maraq və bacarıqlarına uyğun sahəni müəyyənləşdirmə imkanı qazanırlar. Bu isə onların gələcək karyera yolunu daha doğru seçməsinə kömək edir.
Eyni zamanda keçirilən praktiki seminarlar və masterklasslar sayəsində tələbələr yalnız nəzəri bilik deyil, real təcrübə də əldə edirlər. Təcrübə yönümlü fəaliyyətlər gənclərin iş mühitinə uyğunlaşmasını və bacarıqlarını inkişaf etdirməsini təmin edir.
Karyera qrupları isə tələbələrin bir-biri ilə ünsiyyət qurmasına, komanda işini öyrənməsinə və yeni imkanlarla tanış olmasına şərait yaradır. Bütün bu üstünlüklər tələbələrin gələcəyə daha inamlı və hazırlıqlı addımlamasına dəstək olur. 🚀
15/05/2026
Onları siz də tanıyın🤩
Yeni məzunlarımızın uğurunu elan etməkdən məmnunuq! Onlar kursumuzu yüksək nəaliyyətlərlə bitirdilər və öz karyeralarında ilk addımlarını atdılar.😎
Xüsusi yaradıcılıqları və dizayna fərqli yanaşmaları ilə seçilən tələbələrimizə gələcək karyeralarında uğurlar arzu edirik!
Bəs sən? Həvəsini peşəyə çevirməyə hazırsan? Dizayn qrupları üçün indi qeydiyyatdan keç və gələcəyini dizayn et!😉
12/05/2026
Azərbaycan Dövlət İqtisad Universitetində seminar!
Memarlıq fakültəsinin tələbələri üçün Azərbaycan Dövlət İqtisad Univerisitetinin – Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Baku Design Center tərəfindən geniş məzmunlu və ilhamverici seminar keçirildi. ✨
📌 Seminar boyunca tələbələr:
✨ Müasir dizayn yanaşmaları ilə tanış oldular
✨ İnnovativ layihələndirmə trendlərini öyrəndilər
✨ Yaradıcı düşüncə tərzinin inkişafı üçün yeni metodlarla tanış oldular
✨ Gələcək peşəkar fəaliyyətlərində tətbiq edə biləcəkləri praktiki biliklər qazandılar
✨ Seminar çərçivəsində psixoloqla görüş də təşkil olundu.
Bu görüş zamanı rənglərin düzgün idarə olunması, onların insan psixologiyasına təsiri və dizaynda doğru istifadə prinsipləri haqqında ətraflı məlumat verildi. Bu hissə tələbələr üçün həm maarifləndirici, həm də yüksək motivasiyaedici oldu. 🌈
Bu görüş tələbələrin həm nəzəri bazasını möhkəmləndirdi, həm də yaradıcı baxış bucaqlarını genişləndirərək onları dizayn sahəsində daha inamlı addımlar atmağa həvəsləndirdi. 🚀
Baku Design Center olaraq gənclərin inkişafına dəstək olmağa davam edirik! ☺️
05/05/2026
🎨 Azərbaycan Memarlıq və İnşaat Universitetində UX/UI dizaynda stilin rolu və rəng psixologiyası Seminarı!
Dizaynda rənglərin və stilin istifadəçi davranışına necə təsir etdiyini öyrənmək istəyirsən? Bu seminar məhz sənin üçündür!
📌 Seminar zamanı:
✨ UX/UI dizaynda stilin rolu və düzgün vizual yanaşma
✨ Rəng psixologiyasının istifadəçi qərarlarına təsiri
✨ Real nümunələr və praktik izahlar
✨ Dizaynda daha effektiv və məqsədyönlü yanaşmalar
🗓 Tarix: 06.05.2026
🕒 Saat: 12:00
👩💻 Göyçək Nəsirova – UX/UI dizayner
🧠 Mina Əliyeva – Psixoloq
✨ Dizayn və psixologiyanın kəsişdiyi bu seminarı qaçırma!
📩 Qeydiyyat üçün bizimlə əlaqə saxla
04/05/2026
Səhnə İnteryer Dizayn Tələbələrimizindir! 😎
İnteryer dizayn tələbələrimizin layihə təqdimatı 11 aprel tarixində mərkəzimizdə baş tutdu. 🤩
Layihə təqdimatında tələbələrimiz aldıqları nəzəri və praktiki bilikləri real interyer konseptləri üzərində nümayiş etdirdilər. Bu təqdimat zamanı onların yaradıcılığı, texniki yanaşması və dizayn düşüncəsi ölkənin öndə gələn şirkət və studiyalarından iştirak edən mütəxəssislər tərəfindən dəyərləndirildi.
İştiraklarına və dəstəklərinə görə həm “BDC”, həm də digər şirkət və studiyalardan təqdimatda iştirak edən mütəxəssislərə təşəkkürümüzü bildiririk. 🫶🏻
Tələbələrin aldıqları geridönüşlər onların interyer sahəsində daha da inkişaf etməsinə, kreativ yanaşmalarını gücləndirməsinə və peşəkar dizayner kimi ilk addımlarını atmasına böyük töhfə verəcək. Onlara gələcək karyeralarında uğurlar arzulayırıq! 💪
Qeyd edək ki, tələbələrimizin bir çoxu tədris müddətində artıq real layihələrdə iştirak edir, bəziləri isə studiya və şirkətlərdə işə başlayıblar.
01/05/2026
Tələbələrimizin əldə etdiyi nəticələr bizim üçün sadəcə uğur göstəricisi deyil, eyni zamanda böyük qürur mənbəyidir. Onların ortaya qoyduğu işləri paylaşmamaq bu zəhmətə qarşı ədalətsizlik olardı.
Bu dəfə Motion tədris proqramımızda iştirak edən tələbələrimizin yaradıcılıq nümunələrini sizinlə bölüşürük. Təqdim olunan hər bir iş davamlı inkişafın, əzmin və peşəkar yanaşmanın real göstəricisidir.
Və bu, sadəcə başlanğıcdır — qarşıda daha böyük nailiyyətlər və daha təsirli nəticələr var. 🚀✨