STEAM Azerbaijan

STEAM Azerbaijan

Share

STEAM Azərbaycan - AR Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutunun layihəsi

18/06/2026

STEAM’ool olimpiadasının finalçıları müəyyənləşdi! 🎉

Elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələrində bilik və bacarıqlarını nümayiş etdirən iştirakçılar arasından final mərhələsinə vəsiqə qazanan şagirdlərin siyahısı artıq bəllidir. STEAM’ool Olimpiadası şagirdlərin analitik düşüncə, problem həll etmə və innovativ yanaşma bacarıqlarını inkişaf etdirməyi hədəfləyən bilik yarışıdır.

🏆 Finalçıların siyahısı ilə link vasitəsilə tanış ola bilərsiniz: https://we.tl/t-0NF3irtbS3h8R9N1

Final mərhələsinə vəsiqə qazanan bütün iştirakçıları təbrik edir, növbəti mərhələ haqqında yaxın günlərdə məlumat paylaşılacaqdır! 🌟

📞 Ətraflı məlumat üçün:
+994 10 226 72 17
🌐 www.oxuyan.az (şəxsi kabinetinizə daxil olaraq topladığınız bal ilə tanış ola bilərsiniz)

16/06/2026

🚀🤖 RoboBasketbol Respublika turniri başlayır! 🏀⚙️

RoboBasketbol Respublika turniri ilə robotların çevikliyi, proqramlaşdırma bacarıqları və komanda ruhu bir araya gəlir!

🔹 İnnovativ həllər
🔹 Gərgin və maraqlı qarşılaşmalar
🔹 Unudulmaz STEAM təcrübəsi

📢 Tezliklə qeydiyyat prosesi aktiv olacaq!

12/06/2026

Sumqayıt STEAM Mərkəzində keçirilən sahibkarlıq sərgisindən yadda qalan anlar!🤖

Photos from STEAM Azerbaijan's post 12/06/2026

🚀11 iyun 2026-cı il tarixində Sumqayıt STEAM Mərkəzində məktəblilərin iştirakı ilə “Sahibkarlıq bacarıqları” proqramı üzrə sərgi keçirilib.

Sərgidə şagirdlər təlim müddətində qazandıqları bilik və bacarıqları təqdim edərək, öz biznes ideyalarını, məhsul maketlərini və təqdimat materiallarını nümayiş etdiriblər. 🤩

Bu proqram məktəblilərdə sahibkarlıq düşüncəsinin formalaşmasına, komanda işinin və innovativ ideyaların təşviqinə yol açır.

10/06/2026

"FIRST LEGO League Explore" Respublika turnirindən yadda qalan anları təqdim edirik!🚀

Photos from STEAM Azerbaijan's post 10/06/2026

10 iyun 2026-cı il tarixində STEAM İnnovasiya Mərkəzində “FIRST LEGO League Explore” Respublika turniri təşkil olunub.

Turnir ölkənin müxtəlif regionlarından olan 50-dən çox komandanı bir araya gətirərək onların elm, texnologiya, mühəndislik və riyaziyyat (STEAM) sahələrində qazandıqları bilik və bacarıqları nümayiş etdirmələri üçün mühüm rol oynayıb.

Beynəlxalq FIRST proqramının tərkib hissəsi olan “FIRST LEGO League Explore” 7-9 yaşlı şagirdlərin komandalar şəklində çalışaraq real dünya problemlərini araşdırmalarını, innovativ həllər təqdim etmələrini və LEGO Education konstruksiyaları vasitəsilə layihələr hazırlamalarını təşviq edir.

Turnir çərçivəsində iştirakçı komandalar mövsüm mövzusu üzrə hazırladıqları layihələri və LEGO modellərini münsiflər heyətinə təqdim ediblər. Komandalar yaradıcılıq, komanda işi, problem həll etmə bacarıqları, təqdimat keyfiyyəti və mühəndislik yanaşmaları əsasında qiymətləndirilib.

Tədbirin əsas məqsədi uşaqlarda erkən yaşlardan tədqiqatçılıq, innovativ düşüncə, əməkdaşlıq və texnoloji savadlılıq bacarıqlarının formalaşdırılmasına töhfə vermək olub.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi

Bilim Kahramanları Derneği

10/06/2026

"FIRST LEGO League Explore" Respublika turnirində iştirakçılar həm öyrənirlər, həm də əylənirlər!🤩

10/06/2026

"FIRST LEGO League Explore" Respublika turniri davam edir!🚀

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Baku
1052