18/06/2026
Qurani Kərim
Əşhədu əlla ilahə illəllah.Əşhədu ənnə Muhəmmədən Rəsulullah.Əşhədu ənnə Əmirəl-mumininə Əliyyən vəliyyullah
“Əşhədu əlla ilahə illəllah” “Əşhədu ənnə Muhəmmədən Rəsulullah”“Əşhədu ənnə Əmirəl-mu’mininə Əliyyən vəliyyullah” (salavatullahi əleyhi əcmənin)
18/06/2026
Həyatda çətinlik olanda buna diqqət edin...
Hacı Şahin Həsənli
Bəyənək və paylaşaq daha çox insanlar izləsin.
Hacı Şahin Həsənli - İmam Hüseyn əleyhissəlamın mübarizəsi haqqında
Bəyənək və paylaşaq daha çox insanlar izləsin.
12/06/2026
Cümə gününüz bərəkətli olsun. Allah edilən duaları, ibadətləri qəbul etsin. Amin
10/06/2026
Mübahilə günü münasibətilə bütün müsəlmanları təbrik edirik.
«Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə edib yalançılara Allahın lənət etməsini istəyək!” Ali-İmran surəsi, ayə 61
Zilhiccə ayının mübarək günlərindən və hadisələrindən biri Mübahilə günüdür. Hicri 10-cu ildə, Hz.Peyğəmbərlə(s) mübahisə etmək üçün, Nəcran məsihiləri öz böyüklərindən və alimlərindən ibarət bir heyəti Mədinəyə göndərirlər. Bu heyət Hz.Rəsuli-Əkrəmlə(s) mübahisə edir və tutarlı dəlillərə rəğmən, yenə də Peyğəmbərin(s) peyğəmbərliyini qəbul etmirlər. Hz.İsanın(ə) Allahın oğlu deyil, bir peyğəmbər olduğunu qəbul etmirlər.
Peyğəmbərin(s) dəlilləri müqabilində yenə də təəssübkeşlik edən məsihilər barədə Hz.Rəsuləllaha(s) ayə nazil olur: “(İsanın haqqında) sənə göndərilən elmdən sonra, (yenə də) səninlə mübahisə edənlər olsa, onlara de ki: «Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə (qarğış) edib yalançılara Allahın lənət etməsini istəyək!”. (Ali-İmran surəsu, 61) Bu ayə tarixə “Mübahilə” ayəsi kimi düşüb. Mübahilə kəlməsinin kökü «bəhl»dir və mənası «lənət etmək»dir.
Peyğəmbər(s) məsihilərə bu təklifi verdikdə, onlar möhlət istədilər və Peyğəmbər(s) razılaşdı. Məsihilər belə qərara gəldilər ki, əgər Peyğəmbər(s) bir ordu ilə gəlsə, mübahiləyə razılaşsınlar. Yox əgər öz yaxınları ilə gəlsə, çəkinsinlər. Zilhiccə ayının 24-ü təyin olunmuş vaxtda Hz.Peyğəmbər(s) iki uşaqla, bir gənclə və bir qadınla gəlir. Bununla Hz.Rəsuləllah(s) Allahın tapşırığına əməl etmiş olur. Ayədəki “oğlanlarımız” kəlməsindən məqsəd Həsən(ə) və Huseyn(ə), “qadınlarımız” kəlməsindən məqsəd Xanım Fatimeyi-Zəhra(s.ə.), Peyğəmbərin(s) özü kimi təqdim edilən şəxs isə Hz.Əlidir(ə).
İlk öncə Peyğəmbər(s) buyurur: “Mən dua edim, siz “amin” deyin.” Xristianların başçısı isə: “Ey məsihilər! Mən elə nurlu çöhrələr görürəm ki, əgər, onlar Allahdan bir dağın məhv olmasını istəsələr, Allah bunu edər. Əgər, onlarla mübahilə etsəniz həlak olarsınız və yer üzündə bircə nəfər belə məsihi qalmaz!”. Beləliklə də məsihilər mübahilə etməkdən imtina edir və məğlub olurlar. Vergi verməklə İslam dövlətinin himayəsində və öz dinlərində qaldılar.
Bu hadisə İslamın haqq din olduğunu, Peyğəmbərin(s) haqq peyğəmbər olduğunu bir daha təsdiqlədi və məsihilər də, bunu etiraf etdilər.
Peyğəmbərin(s) Əhli-Beyti(ə) Əli(ə) Fatimə(s.ə), Həsən(ə) və Huseyndən(ə) ibarətdir. Və ayədəki “qadınlarımız” ifadəsi onu göstərir ki, Peyğəmbər(s) Əhli-Beytinə(ə) daxil olan yeganə qadın Hz.Fatimədir(s.ə). Digər cəhətdən “özlərimiz” ifadəsinin işlənməsi və Peyğəmbərin(s) özü ilə Hz.Əlini(ə) gətirməsi bu iki şəxsin bir can kimi olduğunu göstərir. Ayədəki “oğullarımız” ifadəsi isə İmam Həsənlə(ə) İmam Hüseynin(ə) Peyğəmbərin(s) balaları, nəslinin davamçıları olduğuna işarə edir.
“Mübahilə” günü, müsəlmanlar haqqın batil üzərində növbəti qələbəsini qeyd edirlər.
04/06/2026
Bayramınız mübarək olsun.
Qədir-Xum — Allaha gedən yolun ilahi rəhbərlə aydınlaşmasıdır. Orada insanlara təkcə bir şəxs deyil, Haqqa aparan bir yol göstərildi. Qədir-Xum zahirdə bir elan olsa da, batində qəlblərin vilayət qarşısında sınağa çəkildiyi böyük bir imtahandır. Peyğəmbərlikdən imamətə uzanan ilahi xətt Qədir-Xumda aşkar oldu; nemət tamamlandı, din isə öz təyin olunmuş kamalına çatdı.
Əli (ə) qəlblərin qibləsidir; ona yaxınlaşdıqca insan öz nəfsindən uzaqlaşır, Allaha yaxınlaşır. Onun həyatı ədalətin, ibadətin, mərifətin və ixlasın təcəllasıdır. Onun sözlərində təfəkkür etsək, hikmət taparıq; ibadətinə baxsaq, bəndəliyin mənasını anlayarıq; əxlaqını özümüzə nümunə götürsək, qəlbimizdə ilahi nurun izlərini görərik.
Qədir-Xumda insanlara sadəcə bir şəxs təqdim edilmədi, Allahın bəndəyə doğru uzanan hidayət yolu göstərildi. Orada elan olunan vilayət insanı nəfsin əsarətindən azad edib Allaha doğru aparan bir yol idi. Ona görə də Əliyə (ə) məhəbbət yalnız bir şəxsə sevgi deyil, həqiqətə bağlanmaq, ədalətə sarılmaq və Allaha doğru hərəkət etməkdir.
Qeyd etdiyimiz kimi, Qədir-Xum zahirdə bir elan idi, batində isə qəlblərin imtahanı. Kim Əlinin (ə) vilayətini yalnız tarixdə baş vermiş bir hadisə kimi deyil, həyatına yön verən bir həqiqət kimi qəbul etsə, onun qəlbində hidayət yolu aydınlaşar. Çünki Əlinin (ə) yolu insanı özündən alıb Allaha aparan, qəlbi dünyadan qoparıb Haqqa bağlayan bir yoldur. Məhz buna görə Qədir-Xumda nemət tamamlandı və din öz kamalına çatdı.
Bayramınız mübarək!
Elbrus Kərimov
01/06/2026
Əziz uşaqlar!
Bu gün Sizin müdafiə gününüzdür. Biz böyüklərdən olan təmənnalarınızı doğrulda bilməsək də, sizi çox sevirik. Siz, peyğəmbərimizin (s) təbiri ilə desək, cənnət güllərisiniz. Sizin qoxunuz, sizin çiçəklənməniz, sizin varlığınız ən böyük sevincimizdir. Vaxtı ilə biz də uşaq idik, bizim də ümid və təmənnamız var idi böyüklərdən... Bilirsiniz, dünyanı sevgi və ya nifrətlə dolduran biz özümüzük. Ona görə də, sizə bir arzum var — uşaq məsumluğunu heç zaman əldən verməyin. Qəlbinizin böyüklüyünü, sevginizin sonsuzluğunu özünüzlə gələcəyə daşıyın. Böyümək adı ilə kiçilməyin.
01.06.2020 | Hacı Şahin Hәsәnli
və əhli beyt səhifəsindən istinadən
26/05/2026
Vay halına əskik satanların!
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Website
Address
Baki
Baku
1001