Kaspi Əcəmi

Kaspi Əcəmi

Share

Kaspi Əcəmi

19/06/2026

☀️🌴 KASPİ SUMMER SCHOOL 🌴☀️

Bu yay ingilis dilini öyrənmək daha əyləncəli olacaq! 🇬🇧✨

5-12 yaşlı uşaqlar üçün hazırlanmış 6 həftəlik Summer School proqramımızda uşaqlar ingilis dilində danışacaq, öyrənəcək, kəşf edəcək və unudulmaz xatirələr toplayacaqlar.

✨ Proqramın üstünlükləri:
💬 Danış və inamla özünü ifadə et!
📖 Oxu və yeni dünyalar kəşf et!
🎬 Film izlə, öyrən və müzakirə et!
🗺️ Gəz, kəşf et və biliklərini artır!
🤝 Yeni dostlar tap, xatirələr yarat!

📅 Dərslər həftədə 3 dəfə
⏰ Hər dərs 3 saat

🏅 Proqramın sonunda Kaspi Summer School Sertifikatı təqdim olunur. Yay tətilini həm faydalı, həm də əyləncəli keçirmək istəyən uşaqlar üçün ideal proqram!

📌 1 iyul tarixinədək qeydiyyatdan keçənlər üçün erkən qeydiyyat kampaniyası!
Ətraflı məlumat və qeydiyyat üçün:
📞+994 (55) 525 31 32
☎️+994 (12) 431 42 63

☀️

Photos from Kaspi Əcəmi's post 08/06/2026

🌿🧺 Piknik – xatirələrlə dolu bir gün ✨📸🎞️

Övladlarımızın sosiallaşması, təbiəti sevməsi və dərslərdən kənar da bir ailə kimi vaxt keçirməsi bizim üçün çox önəmlidir. Keçirdiyimiz piknik gəzintisindən geriyə qalan ən gözəl anlar…

Uşaqlarımızın təmiz qəlbi, bitmək bilməyən enerjisi və üzlərindəki o səmimi təbəssüm hər şeyə dəyər! 🎒 canlanan dostluqlar, paylaşılan şirin biskvitlər və təbiətin qoynunda keçən unudulmaz dəqiqələr.

Biz hər anı xüsusi və yaddaqalan etməyi seviririk!
Belə günlər daha çox olsun… 🌿

20/05/2026

Yay gəldi – öyrənmək və əylənmək vaxtıdır! 🥳

🪁 Azərbaycan, Rus və İngilis bölmələri üzrə 2 aylıq intensiv yay proqramı üçün qəbul başladı!
☀Yaş həddi: 3-6
☀Məşğələ saatları: həftə içi 5 gün 10:00-13:00

✔Proqramda aşağıdakı fənlər üzrə hazırlıqlar təşkil olunacaq:
✏Savad təlimi və nitq inkişafı;
📙 Uşaq ədəbiyyatı;
🧮 Riyaziyyat və məntiq;
🧩 Bacarıqlı əllər;
🌏 Ətraf aləmlə tanışlıq;
🎨 Rəsm və Əmək;

Əlavə olaraq uşaqlar üçün ekskursiyalar, yarışmalar və master klasslar təşkil olunacaq. Övladınızın yay tətilini səmərəli keçirməsini istəyirsinizsə, bizə müraciət edin 🙂

🗓️Dərslərin başlama tarixi: 01.07.2026

*Erkən qeydiyyatdan keçənlərə endirimli qiymət tətbiq olunacaq.* *Erkən qeydiyyat üçün son tarix: 15.06.2026*

📣*Əgər uşaq 2025-2026 təhsil ilində Kaspi Əcəmidə təhsil alıbsa 15% endirim tətbiq olunacaqdır*‼️

📞 Əlaqə:
+994(55) 525 31 32
+994(12) 431 42 63
🌐 www.kaspikids.az

Photos from Kaspi Əcəmi's post 20/05/2026

🏆✨ QALİB KOMANDALARIMIZLA TANIŞ OLUN! ✨🏆

Kaspi Kids Liqasının möhtəşəm finalı başa çatdı və qaliblərimiz müəyyən olundu! 🔥👏

🥇 I Yer — 💎 Бриллианты
🥈 II Yer — ⭐️ STARS
🥉 III Yer — 🚀 Kəşfçilər

Balaca iştirakçılarımız bilikləri, sürətli düşüncələri və güclü komanda ruhları ilə yarışa xüsusi rəng qatdılar! 🌟

Bu möhtəşəm uğura imza atan bütün komandalarımızı ürəkdən təbrik edir, yeni yarışlarda daha böyük nailiyyətlər arzulayırıq! 🏆🎖️

Photos from Kaspi Əcəmi's post 20/05/2026

🏆🌟 Böyük səhnə, böyük həyəcan və çempionluq ruhu!🏅🏆
Kaspi Kids Liqasından unudulmaz xatirə fotoları! 🔥📸

Uşaqlarımızın hər biri səhnədə əsl ulduz kimi parıldadı, həm bilikləri, həm də əzmkarlıqları ilə builki liqaya damğalarını vurdular! Yarışın gərgin anlarına baxmayaraq, onların üzündəki o səmimi təbəssüm, əl-ələ tutaraq nümayiş etdirdikləri birlik və bu gözəl xatirə anları hər şeyə dəyərdi 😍👏

Gözlərinizdəki işıq heç vaxt sönməsin, əziz uşaqlar! Sizinlə qürur duyuruq! 🤩

📱Gəlin şərhlərdə qaliblərimizi ürəkdən alqışlayaq və bəyənmə düyməsini aktiv edək! 👇🏆🔥

07/05/2026

📣13–17 may tarixlərində Bakı İdman Sarayında keçiriləcək 5-ci Uşaq Kitab Festivalında biz də varıq!

📚Rəngarəng kitab dünyasına hər birinizi dəvət edirik. Maraqlı kitablar, əyləncəli tədbirlər və unudulmaz anlar sizi gözləyir!

🕙Saat: 10:00 – 20:00
📍Ünvan: Bakı İdman Sarayı (Dəniz Mall-un yanı)
📞Əlaqə: *7878

Gəl, birlikdə kitablarla böyüyək! 💫

Photos from Kaspi Əcəmi's post 01/05/2026

Öyrənən 💡
Əylənən 🌈
Parlayan ⭐
uşaqlarımızdan ikinci hissə burada! 🤩🪁

✏️📒 25 Aprel ödənişsiz sınaqdan balaca zəka sahiblərimizin
ən şirin anları 🤓

Dünən bir hissəsini paylaşdıq,
indi isə davamı… 🙌

Photos from Kaspi Əcəmi's post 30/04/2026

🎉🤩 Balacalar üçün möhtəşəm təcrübə! 🚀

4–6 yaşlı uşaqlar üçün təşkil etdiyimiz ÖDƏNİŞSİZ SINAQ İMTAHANI
📅 25 Aprel tarixində uğurla baş tutdu! 🤩

Bu gün balacalar:
🧠 Biliklərini sınadılar
✏️ Tapşırıqları böyük həvəslə yerinə yetirdilər
🌟 İlk uğurlarını qazandılar

💙 Bu gözəl anları sizinlə bölüşməkdən qürur duyuruq!

📍 Sınaq imtahanı bütün filiallarımızda keçirildi

🚀 Növbəti belə fürsətləri qaçırmamaq üçün bizi izləmədə qalın!

📍 Ünvan:
4-cü Mikrorayon, 20 Yanvar küç. 35
(Qızıl Tac şadlıq evinin arxası)

☎️ +994 (12) 431 42 63
📞 +994 (55) 525 31 32

21/04/2026

GÖZLƏNİLƏN AN GƏLDİ: "IQ ARENA" Məntiq Yarışı yeni mövsümə start verir! 🤩🔥 Uşaqlar üçün düşünməyi sevdirən, diqqət və məntiqi inkişaf etdirən MƏNTİQ YARIŞI YENİDƏN BAŞLAYIR!

💸 İŞTİRAK HAQQI: 10 AZN

Zəkanızı sınamaq, özünüzü göstərmək və qaliblər sırasında olmaq üçün möhtəşəm fürsət! 🧠✨ Sizi düşündürəcək, əyləndirəcək və inkişaf etdirəcək bu yarışda sən də yerini al!

🎁 Hədiyyələr:
🥇 I yer – Xiaomi Smart Band 10
🥈 II yer – Xiaomi Redmi Buds 6
🥉 III yer – Şahmat hədiyyə dəsti

5–12 yaşlı uşaqlar üçün nəzərdə tutulan yarış, yaş qruplarına uyğun mərhələlər üzrə təşkil olunur. İştirakçıları həm öyrədici, həm də əyləncəli məntiq tapşırıqları və oyunlar gözləyir! 🧠🎯

📅 Yarış mərhələləri:
🔹 I mərhələ – 9 may
🔹 II mərhələ – 16 may
🔹 Böyük Final – 23 may

Bu yarışın əsas məqsədi uşaqlarda:
✔ Analitik düşünmə bacarığını inkişaf etdirmək
✔ Məntiqi əlaqə qurma qabiliyyətini gücləndirmək
✔ Diqqət və sürətli qərarvermə vərdişlərini formalaşdırmaq
✔ Özünə inam və sağlam rəqabət ruhunu artırmaqdır

🚀 Özünü sınamaq və qalib olmaq istəyirsənsə, bu şansı qaçırma!

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


20 Yanvar Küçəsi 35
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 10:00 - 17:00