SAT Group

SAT Group

Share

Satışlarınızı və gəlirlərinizi artırmaq istəyirsinizsə bizi izləyin! SAT GROUP - İnkişaf et, Çox qazan!

SAT GROUP şirkəti praktiki satış, marketinq və idarəetmə təlimləri həyata keçirir, eləcə də biznes konsaltinq xidmətləri göstərir. SAT GROUP komandası zəngin praktiki təcrübəsi olan yüksək ixtisaslı ekspertlərdən ibarətdir. Bizneslərə aşağıdakı istiqamətlərdə kömək edirik:
- Satışın artırılması üçün təlim və konsaltinq xidməti;
- Təlimlər - satış, marketinq, idarəetmə üzrə;
- Satış sisteminin quru

02/06/2026

Kateqoriya Menecmenti təlimimiz davam edir və iştirakçılar artıq ilk təəssüratlarını bizimlə bölüşürlər. 📌

Təlim çərçivəsində əldə etdikləri biliklər, müzakirə olunan praktiki yanaşmalar və interaktiv sessiyalar iştirakçılar tərəfindən maraqla qarşılanır.

İştirakçılarımızın dəyərli rəylərini sizinlə paylaşırıq. 🎯

Photos from SAT Group's post 01/06/2026

🎓 Biznes İdarəçilik Kursunu uğurla tamamlayan iştirakçılara sertifikatları təqdim edildi!

Təlim müddətində iştirakçılar biznes idarəçiliyi, strateji düşüncə, təşkilati inkişaf, komanda idarəçiliyi və effektiv qərarvermə sahələrində bilik və bacarıqlarını inkişaf etdirmək imkanı qazandılar.

Sertifikat əldə edən bütün məzunları təbrik edir, peşəkar fəaliyyətlərində uğurlar arzulayırıq!

01/06/2026

Komandanızın gücü əməkdaşlarınızın birliyindən başlayır! 🚀

Team Building proqramlarımız vasitəsilə əməkdaşlar arasında ünsiyyəti gücləndirin, motivasiyanı artırın və daha effektiv komanda ruhu formalaşdırın.

Praktik tapşırıqlar, interaktiv oyunlar və peşəkar fasilitasiya ilə keçirilən tədbirlər iştirakçılara həm öyrənmək, həm də birlikdə uğur qazanmaq imkanı yaradır.

Güclü komanda, uğurlu biznes deməkdir!

📞 Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın:

055 455 56 45

Photos from SAT Group's post 27/05/2026

Kateqoriya Menecmenti Təlimini uğurla tamamlayan məzunlar sertifikatlarla təltif edildilər.

Təlim müddətində iştirakçılar kateqoriya idarəçiliyinin əsas prinsipləri, məhsul portfelinin effektiv formalaşdırılması, satış və gəlirliliyin artırılması üçün strategiyalar, eləcə də bazar və istehlakçı davranışlarının təhlili istiqamətində bilik və bacarıqlarını inkişaf etdirdilər.

Bütün məzunlarımızı təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq! 🚀

26/05/2026

Daha bir uğurlu əməkdaşlıq! 🚀

Artıq “Professional Training and Development Center”əməkdaşlarının qiymətləndirilməsini Nartio platformasına etibar edir!

Süni zəka dəstəkli Nartio əməkdaşların səriştələrini, İQ və EQ göstəricilərini, eləcə də xarakter xüsusiyyətlərini obyektiv və sürətli şəkildə təhlil edərək təşkilatlara daha effektiv insan resursları qərarları verməyə imkan yaradır.

Bu əməkdaşlıq sayəsində Professional Training and Development Center komandasının potensialının daha dəqiq qiymətləndirilməsi, inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi və kadr planlamasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılacaq.

Siz də əməkdaşlarınızın potensialını ölçmək, inkişaf istiqamətlərini müəyyənləşdirmək və daha əsaslandırılmış HR qərarları qəbul etmək istəyirsinizsə, Nartio ilə tanış olun! 📊✨

Photos from SAT Group's post 25/05/2026

Liderlik və transformasiya sahəsində bilik və bacarıqların inkişafına yönəlmiş təşəbbüslərimiz davam edir! 🚀

Bu dəfə Qubada təşkil olunan “Liderlik və Transformasiya” təlim proqramı çərçivəsində iştirakçılar müasir liderlik yanaşmaları, dəyişikliklərin idarə edilməsi, komanda motivasiyası və təşkilati transformasiya prosesləri ilə bağlı praktiki biliklər əldə etdilər.

Təlim müddətində interaktiv müzakirələr, real iş nümunələri və təcrübəyə əsaslanan yanaşmalar iştirakçıların mövzuya daha dərindən yanaşmasına imkan yaratdı. Proqram liderlik potensialının gücləndirilməsi, dəyişən biznes mühitinə uyğunlaşma və effektiv idarəetmə bacarıqlarının inkişafına töhfə verdi.

İnanırıq ki, bu kimi təlimlər regionlarda peşəkar idarəetmə mədəniyyətinin formalaşmasına, insan kapitalının inkişafına və təşkilatların davamlı uğur qazanmasına mühüm dəstək göstərir.

Təlimdə iştirak edən hər kəsə təşəkkür edir, gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.

22/05/2026

Komanda ruhu, real təcrübə və unudulmaz anlar bir arada! 🚀

Teambuilding iştirakçılarımız keçirilən proqram haqqında öz fikirlərini bölüşür. Təlim müddətində qazandıqları təcrübə, komanda daxilində yaranan əlaqə və pozitiv atmosfer onların sözlərində öz əksini tapır. 🤝

Photos from SAT Group's post 21/05/2026

🎓 “Sinteks” komandası üçün təşkil olunan Peşəkar İdarəçilik Təlimi uğurla yekunlaşdı!

Təlim müddətində iştirakçılar effektiv idarəetmə, komanda rəhbərliyi, qərarvermə, ünsiyyət və müasir idarəçilik yanaşmaları üzrə praktik bilik və bacarıqlar əldə etdilər. Proqramı uğurla tamamlayan bütün məzunlarımızı təbrik edir, karyeralarında yeni uğurlar arzulayırıq! 🚀

İnkişafa yatırım edən və peşəkar idarəetməyə önəm verən “Sinteks” komandasına təşəkkür edirik 🤝

20/05/2026

Artıq “Superfon” şirkəti əməkdaş qiymətləndirilməsini Nartio platformasına etibar edir.✅

Süni zəka dəstəyi ilə Nartio əməkdaşların səriştə, İQ/EQ və xarakter göstəricilərini sürətli, obyektiv şəkildə analiz edərək HR qərarlarını daha dəqiq edir.

Bu əməkdaşlıq “Superfon” komandasına daha effektiv qiymətləndirmə və düzgün inkişaf planlaması imkanı yaradır.

Siz də komandanızı rəqəmsal və dəqiq qiymətləndirmək istəyirsinizsə, Nartio ilə tanış olun!

Photos from SAT Group's post 19/05/2026

🎓 Daha bir qrupumuz uğurla məzun oldu!

“Peşəkar İdarəçilik Kursu”nu tamamlayan 166 Yükdaşıma və Logistika komandasını təbrik edirik. 👏

Təlim müddəti boyunca iştirakçılar idarəetmə bacarıqları, komanda koordinasiyası, qərarvermə, effektiv kommunikasiya və iş proseslərinin düzgün idarə olunması istiqamətində praktiki biliklər əldə etdilər.

İnanırıq ki, bu bilik və yanaşmalar onların peşəkar fəaliyyətində daha güclü nəticələr əldə etməsinə töhfə verəcək.

Bütün məzunlara yeni uğurlar və davamlı inkişaf arzulayırıq! 🚀

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Xocalı Prospekti 55, AGA Business Center
Baku
AZ1000

Opening Hours

Monday 10:00 - 19:00
Tuesday 10:00 - 19:00
Wednesday 10:00 - 19:00
Thursday 10:00 - 19:00
Friday 10:00 - 19:00