28/05/2026
28 May M. Ə. Rəsulzadə və qurucu ataların Azərbaycan xalqına bəxş etdiyi demokratiyanın, bərabərhüquqluluğun, qanunun aliliyinin, eləcə də seçmək və seçilmək hüququnun təntənəsi günüdür.
Kitabıstan olaraq onların xatirəsini hörmət və ehtiramla anır, xalqımızı bu əlamətdar gün münasibətilə təbrik edirik.
15/05/2026
Kitabıstanın həmtəsisçisi Mələk Hacıyeva Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Mariyana Kuyundziçin dəvəti ilə Avropa Günü qəbulunda iştirak edib.
22/04/2026
Qlobal çağırışların həllində qadınların liderliyi zəruridir.
Aprelin 20-də Şimali Avropa və Baltik ölkələrinin səfirlikləri, Gender & Media Watch və Kitabıstan Tədqiqat Mərkəzi birlikdə “Qlobal çağırışların həllində qadın liderliyinin rolu: Azərbaycan və Şimali Avropa-Baltik ölkələrindən təcrübələr” mövzusunda panel müzakirəsi təşkil etdi.
Tədbirin açılış hissəsində Litvanın Baş naziri xanım İnqa Ruqinienenin xüsusi olaraq bu tədbir üçün hazırlanmış video müraciəti, həmçinin Finlandiyanın keçmiş prezidenti xanım Tarya Halonenin Kitabıstan üçün verdiyi eksklüziv müsahibədən qadın hüquqlarının qorunması və qadın liderliyinin təşviqi ilə bağlı hissənin nümayiş etdirilməsi böyük marağa səbəb oldu.
Kitabıstan Tədqiqat Mərkəzinin həmtəsisçisi, Gender & Media Watch-un təsisçisi Mələk Hacıyevanın moderatorluğu ilə keçirilən panel müzakirəsində yerli ekspertlərlə yanaşı Şimali Avropa və Baltik ölkələrindən olan spikerlər çıxış edərək qadınların liderlik mövqelərində təmsilçiliyinin artırılması, qərarqəbuletmə proseslərində rolu, sülh quruculuğu, biznes və sosial sahibkarlıq sahələrində iştirakına dair fikirlərini bölüşüblər. Tədbir interaktiv sual-cavab sessiyası ilə davam edib.
Böyük ictimai diqqəti cəlb edən bu tədbir diplomatik korpus nümayəndələrini, beynəlxalq təşkilatların nümayəndələrini, yerli və xarici ekspertləri, vətəndaş cəmiyyəti fəallarını, eləcə də mövzu ilə maraqlanan ictimaiyyəti bir araya gətirərək çoxşaxəli dialoq üçün mühüm platforma rolunu oynayıb.
Kitabıstan BMT DİM 5-ə sadiqliyini bir daha bəyan edir.
14/04/2026
20 aprel tarixində saat 18:45-də Şimali Avropa və Baltik ölkələrinin səfirlikləri, Gender & Media Watch və Kitabıstan Tədqiqat Mərkəzinin tərəfdaşlığı və birgə təşkilatçılığı ilə “Qlobal çağırışların həllində qadın liderliyinin rolu: Azərbaycan və Şimali Avropa-Baltik ölkələrindən təcrübələr” mövzusunda panel müzakirəsi keçiriləcək.
Kitabıstanın həmtəsisçisi və Gender & Media Watch-un təsisçisi Mələk Hacıyevanın moderatorluğu ilə keçiriləcək panel müzakirəsində Şimali Avropa, Baltik ölkələri və Azərbaycandan olan ekspertlər çıxış edərək qlobal çağırışlar fonunda qadın liderliyinin əhəmiyyətini vurğulayan müxtəlif mövzulara toxunacaqlar.
Tədbir ingilis dilində keçiriləcək və sinxron tərcümə olacaq. İştirak üçün qeydiyyat mütləqdir. Qeydiyyatdan keçən şəxslərə təsdiq və tədbirin keçiriləcəyi məkan e-poçt vasitəsilə göndəriləcək.
Son qeydiyyat tarixi 17 apreldir. Yalnız iştirakı təsdiqlənən şəxslər tədbirdə iştirak edə biləcək.
Gəlin, birlikdə qadın liderliyinin gücləndirilməsi və daha inklüziv, dayanıqlı gələcəyin qurulması üçün dialoqun bir parçası olaq.
🗓 Tarix: 20 aprel, saat 18:45
Qeydiyyat: https://forms.gle/KSUNB5Dt7Mqidu3F6
Embassy of Denmark in Türkiye
Estonian Embassy in Ankara
Finland in South Caucasus
Embassy of Latvia in Azerbaijan
Lietuvos ambasada Azerbaidžane / Embassy of Lithuania in Azerbaijan
Embassy of Sweden in Baku
Gender & Media Watch
20/03/2026
Novruz bayramınız mübarək! Yeni il sizə bol uğur, sağlamlıq və gözəl günlər gətirsin!
11/03/2026
Şəxsi kitabxananızda neçə kitab var?
09/03/2026
Martın 7-də Ambassade de France en Azerbaïdjan / Fransanın Azərbaycandakı Səfirliyi, Institut Français d'Azerbaïdjan, Gender & Media Watch və Kitabıstan Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə “Ortaq Hədəf: İctimai və Rəqəmsal Məkanda Qadın Hüquqlarının Müdafiəsi” mövzusunda keçirilən panel müzakirənin xəbərini izləyicilərimizə təqdim edirik.
Embajada de México en Azerbaiyán / Embassy of Mexico in Azerbaijan
Embassy of Sweden in Baku
Qadın hüquqlarının müdafiəsi ilə bağlı panel müzakirəsi keçirildi
Qadın hüquqlarının müdafiəsi ilə bağlı panel müzakirəsi keçirildi | Kitabıstan
07/03/2026
Mart ayının 7-də Ambassade de France en Azerbaïdjan / Fransanın Azərbaycandakı Səfirliyi, Institut Français d'Azerbaïdjan, Gender & Media Watch və Kitabıstan Tədqiqat Mərkəzinin əməkdaşlığı ilə “Ortaq hədəf: İctimai və rəqəmsal məkanda qadın hüquqlarının müdafiəsi” adlı panel müzakirəsi keçirildi.
Gender & Media Watch-un rəhbəri və Kitabıstanın həmtəsisçisi Mələk Hacıyevanın moderatorluğu ilə keçirilən panel müzakirəsində Fransanın Azərbaycandakı səfiri xanım Sofi Laqut, Meksikanın Azərbaycandakı səfiri xanım Mariya Viktoriya Romero Kabalyero və İsveçin Azərbaycandakı səfiri cənab Tobias Lorentzson spiker qismində çıxış edərək ictimai və rəqəmsal mühitdə mövcud çağırışlar, qadın hüquqlarının müdafiəsi sahəsində öz ölkələrinin təcrübələri və bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyəti barədə fikirlərini bölüşdülər.
Geniş ictimai marağın müşayiəti ilə keçirilən tədbir interaktiv müzakirə ilə davam etdi və səfirlər auditoriyanın suallarını cavablandırdılar.
Tədbir ilə bağlı ətraflı məlumat yaxın günlərdə Kitabıstanın rəsmi veb saytında yayımlanacaq.