Kosmologiya

Kosmologiya

Share

Kosmologiya ayrı-ayrı göy cisimləri və onların sistemlərini deyil, bütövlükdə Kainatın quruluşu və inkişafını öyrənən elm sahəsidir.

26/06/2026

30 milyon illik mantis kəhrəbanın içində sanki zamanda donub qalıb! 🪲

23/06/2026

Yerdən kənar sivilizasiya varsa onları necə tapa bilərik?👽

Kainat nəhəngdir — yalnız bizim qalaktikamızda yüz milyardlarla ulduz var. Bəs bir yerlərdə başqa ağıllı varlıqlar varsa, onları necə aşkar edərik? 🌌

Alimlərin əsas üsulları:

1. Radio siqnalları — Kosmosdan gələn “süni”, qaydalı dalğaları dinləyirik (SETI). Təbii səs-küydən fərqlənən siqnal texnologiyanın izi ola bilər.

2. Biosiqnaturalar — Uzaq planetlərin atmosferində oksigen, metan kimi qazlar həyatın izi sayıla bilər.

3. Texnosiqnaturalar — Süni işıqlar, sənaye çirkliliyi, lazer impulsları sivilizasiyanın “barmaq izidir”.

4. Nəhəng qurğular — İnkişaf etmiş sivilizasiya ulduzunu enerji üçün Dyson sferi ilə bürüyə bilər; bu, ulduğun işığını qeyri-adi tutqunlaşdırar.

5. “Sızan” siqnallar — Biz onilliklərdir TV, radar dalğalarını kosmosa sızdırırıq. Onlar da edirsə, aşkar bilərik.

📡Tarixdə bir neçə dəfə “bəlkə də onlardır?” anı yaşanıb. Ən məşhuru 1977-ci ildə tutulan “Wow!” siqnalıdır — o qədər güclü və qeyri-adi idi ki, alim kağızın kənarına “Wow!” yazıb. Lakin siqnal bir daha təkrarlanmadı və mənbəyi bu günə qədər sirr olaraq qalır. Daha yaxınlarda isə ən yaxın ulduzumuz Proksima Sentavridən gələn BLC1 siqnalı həyəcan yaratdı, sonradan onun Yerdəki texniki səs-küy olduğu məlum oldu. Yəni hələ ki “təsdiqlənmiş” cavab yoxdur, amma axtarış davam edir.

📌Bonus iddia: Bəzi alimlər deyir ki, biz onları tapa bilmiriksə, ola bilsin ki, hələ “kosmik körpəlik” dövründəyik — texnologiyamız o qədər ibtidaidir ki, inkişaf etmiş sivilizasiya üçün biz quru üzərindəki qarışqalar kimiyik. Onlar bizi görür, sadəcə danışmağa dəyər bilmir. Bu fikrə “Zooparkı hipotezi” deyilir: bəlkə Yer kainatın qorunan təbiət rezervatıdır. 🌍

23/06/2026

İnsan hüceyrəsinin detallı fotosu. 👱‍♂️

Bu, tək bir insan hüceyrəsinin real fotosu deyil. Rentgen tədqiqatları, nüvə maqnit rezonansı və krioelektron mikroskopiyası vasitəsilə toplanan elmi məlumatlardan qurulmuş evkaryotik hüceyrənin yüksək detallı rəqəmsal modelidir.

İçimizdə dayanmadan işləyən proteinlər, membranlar, orqanellər, molekulyar maşınlarla həyatın mikroskopik səviyyədə nə qədər izdihamlı və mürəkkəb olduğunu göstərir. Hər hüceyrə kiçik bir canlı şəhər kimidir və necəsə, milyardları səni hər saniyə yaşadır.

22/06/2026

Everest ilə Mars üzərində yerləşən Olimp dağının müqayisəsi. 🛘🌎

10/06/2026

“Bir daş bütün tarixi dəyişə bilər”

Təxminən 66 milyon il əvvəl Yerə böyük bir asteroid düşdü. Bu hadisə dinozavrların sonunu gətirən əsas səbəblərdən biri hesab olunur.

Maraqlıdır ki, asteroidin təhlükəsi təkcə ölçüsündən asılı deyil. Əsas məsələ onun enerjisidir.

Kinetik enerji belə hesablanır:

E = (m × v²) / 2

Burada:
E → enerji
m → kütlə
v → sürət

Diqqət etsəniz, sürət kvadratda iştirak edir. Yəni asteroidin sürəti 2 dəfə artsa, enerjisi 2 yox, 4 dəfə artır.

Məsələn, diametri bir neçə yüz metr olan asteroid saniyədə 20 km sürətlə Yerə daxil olsa, ortaya çıxan enerji ən güclü nüvə silahlarından dəfələrlə böyük ola bilər.

Bu səbəbdən astronomlar asteroidlərin ölçüsünü yox, həm də orbitini və sürətini diqqətlə izləyirlər.

Bu gün minlərlə Yerə yaxın asteroid kataloqa salınıb və onların hərəkəti davamlı hesablanır. Hətta gələcəkdə təhlükəli asteroidlərin trayektoriyasını dəyişmək üçün texnologiyalar üzərində işlənir.

24/05/2026

“Bəs hamı haradadır?”

Kainatda milyardlarla qalaktika var. Təkcə Milky Way qalaktikasında yüz milyardlarla ulduz olduğu düşünülür və onların böyük hissəsinin planet sistemi var.

Rəqəmlərə baxanda ağıllı həyatın yalnız Yerə məxsus olması çox aşağı ehtimal kimi görünür.

Bu məntiqdən Fermi paradoksu yaranır:

Əgər kainatda həyat üçün bu qədər çox imkan varsa, niyə heç bir sivilizasiyanın izini görmürük?

Bu məsələni qiymətləndirmək üçün Drake tənliyi istifadə olunur:

N = R* × fp × ne × fl × fi × fc × L

Burada müxtəlif faktorlar nəzərə alınır:

nə qədər ulduz yaranır
neçə ulduzun planeti var
neçə planet yaşana biləndir
həyatin yaranma ehtimalı nədir
ağıllı sivilizasiya nə qədər davam edir

Maraqlısı odur ki, tənlikdəki bəzi parametrləri bilsək də, bəzilərini hələ demək olar ki, bilmirik.

Ona görə də iki ekstremal ehtimal yaranır:
ya kainat həyatla doludur,
ya da biz inanılmaz dərəcədə nadir bir istisnayıq.

22/05/2026

“Yeni Üfüqlər” (New Horizons) 📡🛰️

New Horizons-u Plutona göndərmək, sadəcə “raketi yönəltmək” deyildi — bu, demək olar ki, kosmosda hərəkət edən milyardlarla obyektin davranışını əvvəlcədən yazmaq kimi bir şey idi.

Bunu belə təsəvvür edin:

Bir gülləni təkcə bir hədəfə yox, 9 il sonra hərəkət edən kiçik bir daşın yanından 0.0001 saniyə dəqiqliklə keçəcək şəkildə atırsan. Amma bu daş sabit deyil — o da Günəşin ətrafında fırlanır, sən də, güllə də, Yer də daim hərəkətdəsiniz.

NASA mühəndisləri əslində bir növ “kosmik şahmat” oynayırdılar:
hər gediş Nyutonun cazibə qanunları + orbital mexanika + planetlərin qarşılıqlı təsiri ilə əvvəlcədən hesablanmalı idi.

Və ən inanılmaz hissə budur:
New Horizons Plutonun yanından keçəndə səhv marja cəmi saniyənin kiçik hissələri və kilometrlərin fraksiyaları idi — 9 illik səyahətdə belə dəqiqlik inanılmaz idi.

Yəni bu missiya sadəcə uçuş deyil…
insanın riyaziyyatla kosmosa “yol xəritəsi” çəkməsidir. 🌌

21/05/2026

1. İnterstellar
2. Gravity
3. 2001: a space odyssey
4. The Martian
5. Apollo 13
6. Moon
7. First man

Sizin sıralamanız necədir? 👽

21/05/2026

🚀 Spirit Rover — Marsda İnadın Simvolu

2004-cü ildə NASA tərəfindən Marsa göndərilən Spirit Rover insanlığın başqa planetdəki ən uğurlu robot missiyalarından biri hesab olunur. Əsl adı MER-A (Mars Exploration Rover-A) olan bu roverin əsas məqsədi Marsın keçmişində su olub-olmadığını araşdırmaq idi.

🔴 Spirit, Mars səthinə endikdən sonra gözləniləndən qat-qat uzun müddət fəaliyyət göstərdi. Cəmi 90 günlük missiya üçün hazırlanmasına baxmayaraq, rover təxminən 6 il aktiv işləyərək minlərlə şəkil və elmi məlumat göndərdi.

🪨 Araşdırmalar zamanı Spirit vulkanik süxurlar, qədim mineral izləri və su ilə əlaqəli geoloji dəyişikliklər aşkar etdi. Bu kəşflər Marsın bir zamanlar daha rütubətli və yaşama uyğun ola biləcəyini göstərən vacib sübutlardan idi.

❄️ 2009-cu ildə yumşaq torpağa ilişən rover hərəkət qabiliyyətini itirsə də, elmi cihazları işləməyə davam etdi. Lakin Mars qışı səbəbindən enerji çatışmazlığı yarandı və 2010-cu ildə Spirit ilə əlaqə tamamilə kəsildi.

🌌 Spirit roveri sadəcə bir robot deyildi — o, insanlığın başqa dünyaları anlamaq üçün göstərdiyi səbrin, texnologiyanın və kəşf ruhunun simvoluna çevrildi.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Address


Baku