Süni intellekt dünyasına addım atmaq istəyirsən, amma güclü riyazi bazanın olmaması sənin üçün maneə kimi görünür?
Artıq bu yol təsəvvür etdiyindən də əlçatandır!
AI Academy-də yeni ödənişli tədris mərhələsinə qəbul başladı! Bu proqram süni intellekt mühəndisliyi sahəsində peşəkarlaşmaq istəyən bütün motivasiyalı namizədlər üçün nəzərdə tutulub.
Səni bu mərhələdə nə gözləyir?
📐 6 ay — süni intellekt üçün fundamental riyaziyyat dərsləri
🚀 6 ay — real layihələr üzərində işləyərək mühəndislik bacarıqlarının inkişafı
Dəyişməyən yüksək akademik standartlar və keyfiyyətli tədris yanaşması - bu dəfə hər kəs üçün daha əlçatan!
👉 Elə indi bizə yaz və süni intellekt mühəndisliyi yolunda ilk addımını bizimlə at!
AI Academy
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AI Academy, Educational Research Center, Üzeyir Hacıbəyli 57, Baku.
Azərbaycan Süni İntellekt Akademiyası süni intellekt sahəsində qabaqcıl dərs proqramları ilə ödənişsiz təhsil imkanları yaradan və peşəkar mühəndislər yetişdirməyi hədəfləyən tədris mərkəzidir.
22/05/2026
AI Academy tərəfindən tələbələrlə sənaye nümayəndələri arasında əlaqə yaratmaq, onları süni intellekt sahəsində real təcrübə və karyera perspektivləri ilə tanış etmək məqsədilə təşkil olunan “AI Coffee Talks” sessiyaları davam edir.
Sessiyanın növbəti görüşünün qonağı ölkənin aparıcı telekommunikasiya şirkəti Azercell-in İT departamentinin rəhbəri İlham Seyidnurov olub. Görüş zamanı süni intellektin müasir telekommunikasiya sektorunu necə transformasiya etdiyi, müştəri təcrübəsinin təkmilləşdirilməsində Sİ alətlərinin rolu və sənayenin gələcək trendləri ətrafında maraqlı müzakirələr aparılıb.
Sessiya tələbələrin böyük marağı və aktiv iştirakı ilə interaktiv diskussiya formatında keçib, gənclər karyera planları və telekom sektorunda Sİ tətbiqləri ilə bağlı suallarını birbaşa mütəxəssisə ünvanlamaq imkanı əldə ediblər.
Tələbədən - Tələbəyə 🎓
“Math for AI” yolunu uğurla tamamlayanlar, bu yola yeni başlayanlara bələdçilik etməyə davam edir.
Mövzularla dərsdən öncə tanış ol, tələbə yoldaşlarınla müzakirə et və həftəlik tapşırıqlara daha çox zaman ayır.
Tələbələrimizin real təcrübələrinə əsaslanan bu məsləhətlər sənə yol yoldaşı olacaq.
Videonu sona qədər izlə və qeydlərini götürməyi unutma. 🚀
İlk iki kohort bizə bir şeyi sübut etdi - Süni intellekt dünyasına gedən tək bir yol yoxdur.
Kimi illərdir kod yazır, kimi riyaziyyatın gücünə güvənir, kimi isə bu sahəyə ilk peşəkar addımlarını atır. Bir imtahan kiminsə bu sahəyə "uyğun" olub-olmadığını deyil, fərqli başlanğıclarla eyni hədəfə yönələ biləcəyini göstərir.
AI Academy-də yeni mərhələyə keçid edirik. İndi hər kəsin öz başlanğıc nöqtəsinə uyğun, amma eyni yüksək standartda təhsil alacağı yeni bir dövr başlayır.
Bəs, sən öz yolunu seçməyə hazırsan? 🚀
01/05/2026
AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi (MSİM) tərəfindən, Elektron Təhlükəsizlik Xidmətinin təşkilati dəstəyi ilə dövlət qurumlarının əməkdaşları üçün həyata keçirilən “Məhsul menecerləri üçün süni intellekt” təlim proqramı 1 may tarixində sertifikat təqdimetmə mərasimi ilə yekunlaşıb. Proqramda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX), İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi və digər müvafiq dövlət qurumlarının əməkdaşları iştirak ediblər.
Təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub. Mərasimdə XRİTDX-nin İdarə rəisinin müavini Vüqar Həsənov, XRİTDX-nin mətbuat katibi Saidə Bayramova və Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və kommunikasiya sektorunun müdiri Həvva Hüseynli iştirak ediblər.
Təlim çərçivəsində iştirakçılar dövlət sektorunda məhsul yanaşması kontekstində süni intellektin tətbiqinə dair praktiki kompetensiyalar qazanaraq, məlumatların emalı, proseslərin avtomatlaşdırılması və AI əsaslı həllərin real iş mühitində tətbiqi üzrə bacarıqlarını inkişaf etdiriblər.
Bu təşəbbüs Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasında müəyyən edilmiş prioritetlərin icrası istiqamətində dövlət qurumlarında süni intellektin institusional tətbiqinə hazırlığın sistemli şəkildə gücləndirilməsinə xidmət edir.
AI Academy-də süni intellekt sahəsində tələb olunan bacarıqların formalaşdırılması real tətbiq yönümlü tədris yanaşması əsasında qurulur.
İctimai TV tərəfindən hazırlanan reportajda tədris prosesi və tələbələrin öyrənmə təcrübəsi təqdim olunur.
Bu yanaşma süni intellektin real mühitdə tətbiqinə hazırlıq mərhələsini əks etdirir.
Tələbədən - Tələbəyə 🎓
“Math for AI”dan keçənlər, keçəcəklərə danışır.
Aktiv öyrən. Vizuallardan istifadə et. Proqramlaşdırmaya başla.
Bu üç tövsiyə - mərhələni tamamlayan tələbələrimizin real təcrübəsindən gəlir.
“Math for AI” yolçuluğuna başlayırsansa, bu sözlər ən yaxşı bələdçin ola bilər. 🚀
Süni intellekt mühəndisliyi məlumat toplamaqla bitmir - əsl iş məhz buradan başlayır.
Toplanan məlumatı anlamaq, analiz etmək və onu riyazi modellər vasitəsilə işlək həllərə çevirmək bu sahənin əsasını təşkil edir.
Data bizə ümumi mənzərəni göstərir, riyaziyyat isə bu mənzərənin arxasındakı əlaqələri və qanunauyğunluqları üzə çıxarır.
Bu iki istiqamət birləşdikdə isə məlumat sadəcə informasiya olaraq qalmır - real problemləri həll edən modellərə çevrilir.
AI Academy məhz bu yanaşmanı əsas götürərək gələcəyin süni intellekt mühəndisləri üçün həm güclü akademik baza, həm də praktik biliklər formalaşdırır. 🚀
09/04/2026
Gürcüstan İnnovasiya və Texnologiya Agentliyinin İdarə Heyətinin sədr müavini Tornike Jobava və Beynəlxalq Əlaqələr və Strateji Planlama Departamentinin rəhbəri Nino Taganashvili AI Academy-ni ziyarət ediblər.
Görüş zamanı qonaqlara Milli Süni İntellekt Mərkəzinin fəaliyyəti və mütəxəssislərimiz tərəfindən hazırlanan süni intellekt məhsulları təqdim edilib.
Nümayəndə heyəti AI Academy layihəsi, tədris mühiti və proqramları, menecerlər üçün nəzərdə tutulmuş süni intellekt kursları, həmçinin Stanford University ilə əməkdaşlıq imkanları ilə tanış olub.
Görüş qarşılıqlı fikir mübadiləsi və əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə yekunlaşıb.
AI Academy tələbələri "Math for AI" mərhələsini layihə təqdimatları ilə uğurla tamamladılar.🎓
Bu mərhələ tələbələrə fundamental riyazi biliklərini və analitik düşünmə bacarıqlarını real tətbiq üzərindən nümayiş etdirmək imkanı verdi.
Müəllim və süni intellekt mütəxəssisləri tərəfindən aparılan qiymətləndirmə hər bir tələbənin güclü tərəflərini və inkişaf istiqamətlərini ortaya qoydu.
Növbəti mərhələ - "AI Engineering". 🚀
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Üzeyir Hacıbəyli 57
Baku