UNEC Career Center

UNEC Career Center

Share

UNEC Career Center

17/06/2026

🔊 Əziz tələbələr!
🚀 Bank Respublika ASC "Mikro və aqro kreditlər üzrə mütəxəssis" vakansiyasını elan edir!

💼 İşin təsviri:
🔹 Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
🔹Müştərilərin tələblərini nəzərə alaraq, uyğun bank məhsulunu təklif etmək;
🔹Bankın məhsullarının effektiv və keyfiyyətli satışı;
🔹Bank məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
🔹Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək.

💡 Tələblər:
✔️ Ali təhsil;
✔️ Mikro və aqro kreditləri sahəsi üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
✔️ Dil bilikləri: Azərbaycan dili (əla);
✔️ Komputer bilikləri: Microsoft Office Programs (Word, Excel);
✔️ Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
✔️ Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
✔️ Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
✔️ Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
✔️ Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
✔️ Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

⬇️ Müraciətinizi aşağıdakı link üzərindən edə bilərsiniz:
📩 https://jobs.glorri.az/vacancies/bankrespublika/bankrespublika-neftciler-filialina-mikro-ve-aqro-kreditler-uzre-mutexessis-17924?source=linkedin

10/06/2026

📢 Alliance Multimodal MMC UNEC məzunları üçün Kommersiya xidmətlərinin Satışı üzrə “Təcrübəçi” vakansiyası elan edilir!

🎯 Tələblər:
📌 Təhsil: Ali
📌 Təcrübə: ehtiyac duyulmur;
📌 Yaş həddi: 18-30;
📌Azərbaycan dili və Rus dili və İngilis dili əla səviyyədə bilməli;
📌 Kompüter və “MS Office” proqramlarından sərbəst istifadə;
📌 Ünsiyyət bacarığı və komandada işləmək istəyi.

💼 İş şərtləri:
* Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
* Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək;
* 5 günlük iş qrafiki (istirahət günü: şənbə və bazar);
* Nahar şirkət tərəfindən təmin edilir;
* İcbari sığorta və Könüllü tibbi sığorta

Vəzifə öhtəlikləri:
•Müsahibə əsasında izah olunacaq.

ℹ️ Müraciət etmək üçün:
CV-nizi ([email protected]) elektron poçt ünvanına “Təcrübəçi” başlığı ilə göndərin.

10/06/2026

📢 Milli Depozit Mərkəzi (MDM) tələbələrin peşəkar inkişafına dəstək məqsədilə Yay Təcrübə Proqramı 2026 üzrə müraciətlərin qəbulunu elan edir.

Proqram haqqında

Yay Təcrübə Proqramı iştirakçılara nəzəri biliklərini real iş mühitində tətbiq etmək, peşəkar bacarıqlarını inkişaf etdirmək və maliyyə bazarı infrastrukturu ilə yaxından tanış olmaq imkanı yaradır.

Təcrübə Maliyyə Departamentinin Büdcə və Hesabatlılıq istiqaməti üzrə təşkil olunacaq.

Kimlər müraciət edə bilər?
Universitetlərin IV kurs bakalavr tələbələri;
Magistratura pilləsində təhsil alan tələbələr;
Öyrənməyə, inkişaf etməyə və yeni biliklər qazanmağa həvəsli namizədlər.
Təcrübə müddəti

📅 İyul – Avqust 2026

Təcrübə proqramı çərçivəsində iştirakçılar:
Peşəkar mütəxəssislərlə birgə çalışacaq;
Praktiki tapşırıqların icrasında iştirak edəcək;
Korporativ iş mühiti ilə yaxından tanış olacaq;
Təcrübə proqramını uğurla başa vurduqları halda işə qəbul müsabiqəsində iştirak etmək imkanı əldə edəcəklər.
Müraciət qaydası

CV və motivasiya məktubunuzu [email protected] elektron poçt ünvanına göndərərək müraciət edə bilərsiniz.

📌 E-poçtun mövzu hissəsində “Yay Təcrübə Proqramı 2026” qeyd edilməlidir.

⏳ Son müraciət tarixi: 19 iyun 2026

04/06/2026

🚀 Maliyyə üzrə Təcrübə Proqramı: Holcim Azərbaycan Maliyyə üzrə 3 aylıq Təcrübə Proqramına müraciətləri açıq elan edir.

🎯Bu proqram iştirakçılara nəzəri biliklərini real iş mühitində tətbiq etmək, peşəkar komandalarla işləmək və korporativ təcrübə qazanmaq imkanı yaradacaq. Təcrübə müddəti ərzində iştirakçılar maliyyə funksiyaları ilə yaxından tanış olacaq, gündəlik iş proseslərində iştirak edəcək və gələcək karyeraları üçün dəyərli bacarıqlar əldə edəcəklər.

💡 Proqram sizə nə qazandıracaq?
🔹Maliyyə sahəsində praktiki iş təcrübəsi;
🔹Peşəkar mütəxəssislərlə birgə işləmək imkanı;
🔹Korporativ iş mühiti ilə yaxından tanışlıq.

🏆 Təcrübə proqramını uğurla tamamlayan iştirakçılara sertifikat təqdim olunacaq.

📅 Müraciət üçün son tarix: 8 İyun, 2026
⏱️ Proqramın müddəti: 3 ay
📍 İş yeri: Holcim Azərbaycan Bakı Ofisi
📩 [email protected] email adresinə müraciət edə bilərsiniz.

25/05/2026

🚀 Logistika tələbəsisən, nəzəriyyəni bilirsən, amma tətbiq etməmisən?
Praktiki bacarıqlar isə kitablardan deyil, real mühitdə qazanılır!

💥 Bunun üçün 6 günlük intensiv proqramımıza qoşulmağa tələsin!
20 illik təcrübəyə malik mütəxəssislərlə 3 gün logistika, 2 gün gömrük və 1 gün ekskursiyadan ibarət unikal təlim.

🎯Təlimə qoşulmaqla:
✔️ Logistika və gömrük sahəsində bilikləri real keyslər üzərindən əldə edin;
✔️ Bu sahədəki riskləri anla və onları aradan qaldırmağı öyrənin;
✔️ Yükdaşıma şirkətinə get və kitabdan oxuduğunu real iş mühitində görün;

Logistika karyeranıza 0-dan deyil, gördüyü işi anlayan əməkdaş kimi başlamaq istəyirsinizsə, email üzərindən müraciət edərək və ya vatsap üzərindən əlaqə saxlaya bilərsiniz.

📧 [email protected]
Whatsapp +994512013326
www.ikm.az

22/05/2026

🔊 Əziz tələbələr və məzunlar!

🚀 Mega Həyat Sığorta “Sığorta məsləhətçisi” üzrə təcrübə proqramı elan edir.

💼 İş barədə məlumat:
✔️ Yeni müştərilərdən gələn sorğuların cavablandırılması
✔️ Potensial müştərilərin cəlb edilməsi üçün telefon zənglərinin edilməsi
✔️ Müştərilərə sığorta məhsulları barədə məlumat verilməsi
✔️ Sığorta məhsullunun və müştəri haqqında olan informasiyanın və məlumatların müvafiq baza sisteminə daxil edilməsi

🎯 Tələblər:
🎓 Təhsil : Ali.
👤 Yaş həddi : 18 – 45, qadın və kişi namizəd

🔹Fikirini aydın izah etmə, yaxşı ünsiyyət və aktiv satış bacarığı olmalı
🔹Karyera qurmaqda maraqlı olmalı
🔹Ofis proqramları və internetlə sərbəst işləməyi bacarmalı

⏱️ İş qrafiki: Həftə içi, saat 10:00-dan - 17:00-dək
📍 Məkan: Nur Plaza ,Fəxrəddin Musayev 25

🏆 Təcrübə müddətin uğurla başa vuran şəxslər işlə təmin edilir

📩 İşlə bağlı müraciətinizi [email protected] e-mail adresinə yaza bilərsiniz.

18/05/2026

🚀 “Azerfloat” QSC Yay Təcrübə Proqramına Start Verir!

🎯 “Azerfloat” QSC 2026-cı ilin iyun ayından etibarən “Siz Xoş Gələcəksiniz” adlı Yay Təcrübə Proqramına start verir. Proqram 3 ay müddətini əhatə edir və gənc mütəxəssislərin peşəkar inkişafını dəstəkləməyi hədəfləyir. Təcrübə müddəti ərzində iştirakçılar şirkətin fəaliyyəti ilə yaxından tanış olacaq, real iş tapşırıqları üzərində çalışaraq praktiki bilik və bacarıqlar əldə edəcəklər. Proqram, gənclərin iş həyatına uğurlu başlanğıc etməsi üçün dəyərli imkan yaradır.

💡 Proqram haqqında:
Seçim prosesi mərhələli şəkildə (məntiq testi və müsahibə) həyata keçiriləcək. Seçilən namizədlər aşağıdakı şöbələr üzrə təcrübə keçmək imkanı əldə edəcəklər:
🔹 Mühasibatlıq şöbəsi
🔹 Maliyyə şöbəsi
🔹 Logistika
🔹 Nəzarət-ölçü cihazları və avtomatlaşdırma şöbəsi
🔹 SƏTƏM şöbəsi
🔹 Satış şöbəsi
🔹 Keyfiyyətə nəzarət və laboratoriya şöbəsi
🔹 Sənaye qaz istehsalı şöbəsi
🔹 Elektrik mühəndisliyi şöbəsi
🔹 Mexanika şöbəsi
🔹 İstehsalat şöbəsi

🏆 Proqramı uğurla başa vuran iştirakçılar “Azerfloat” QSC tərəfindən sertifikat və xasiyyətnamə ilə təmin olunacaqlar. Yüksək nəticə göstərən təcrübəçilərə şirkətdə işlə təmin olunmaq imkanı təqdim ediləcək.

🔍 Namizədlərə tələblər:
🔸Ali və ya orta ixtisas təhsilinin sonuncu kursunu bitirən tələbələr (2026 məzunları)
🔸Ali və ya orta ixtisas təhsilini yeni bitirmiş məzunlar (2025 məzunları)
🔸Güclü ünsiyyət bacarıqları
🔸Təşəbbüskarlıq və məsuliyyətlilik
🔸Punktuallıq
🔸Analitik düşüncə və araşdırma bacarığı

💼 Təminatlar:
✔️ Əmək haqqı: 400 AZN (vergilər daxil)
✔️ Nahar pulu
✔️ Servis xidməti (20 Yanvar metrostansiyasından)
✔️ İş qrafiki: 08:00 – 17:00 (Bazar ertəsi – Cümə)

📍Təcrübə proqramı aşağıdakı ünvanlarda keçiriləcək:
▪️ Bakı şəhəri, Koroğlu Rəhimov küç. 13 (Gənclik ofisi)
▪️Sumqayıt Kimya Sənaye Parkı, Kimyaçılar küç. 1

Müraciət qaydası ⬇️
🔗 Müraciət etmək istədiyiniz şöbənin adını mütləq şəkildə mövzu hissəsində qeyd etməklə cv-nizi [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
⏳ CV-lərin göndərilməsində son tarix 07 May 2026-22 May 2026-cı il tarixləri aralığıdır.
📌 Qeyd: Mövzu hissəsində şöbə adı qeyd edilməyən müraciətlərə baxılmayacaqdır.

18/05/2026

🚀 UNEC tələbələri üçün əla fürsət!

💥 ATB gənclərin potensialını üzə çıxarmaq, nəzəriyyəni təcrübəyə çevirmək və peşəkar kadr kimi yetişməyinə dəstək olmaq məqsədilə sonuncu kurs və magistr tələbələri, həmçinin yeni məzunlar üçün *“atb talent”* təcrübə proqramını elan edir.

🎯 Bu proqramda səni nə gözləyir?
✔️ Özəl Bankçılıq - Eksklüziv xidmət mədəniyyəti, özəl müştərilərlə iş və fərdi yanaşma
✔️ Korporativ Bankçılıq - Böyük bizneslərin maliyyə həlləri və iri layihələrin maliyyələşdirilməsi
✔️ İnvestisiya Bankçılığı - Kapitalı imkanlara çevirən, böyük sövdələşmələri reallığa çevirən maliyyə sənəti

🔍 Tələblər:
▪️Ali təhsil müəssisələrinin sonuncu kurs və magistr tələbələri, həmçinin yeni məzunlar,
▪️Bank və maliyyə sahəsində təcrübə toplamağa həvəsli,
▪️MS office proqramlarında işləmə bacarığı,
▪️Sərbəst ünsiyyət və təqdimat bacarığı olan şəxslər,
▪️Səlis Azərbaycan dili, xarici dil bilikləri üstünlükdür

🔗 Müraciət üçün link ⬇️
https://atb.az/career/

01/05/2026

🚀 Karyeranı UNEC-də başlat!

UNEC tələbə və məzunlarla yanaşı, karyerasına yeni istiqamət vermək istəyən hər kəs üçün açıq qapı formatında ənənəvi XVII Karyera Yarmarkasını təşkil edir.

🎯 Yarmarkada iştirakçılar Azərbaycanın aparıcı müəssisə və təşkilatlarının nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, mövcud vakansiyalar və təcrübə proqramları ilə tanış olmaq, eləcə də CV-lərini təqdim edərək işə qəbul prosesinə ilk addımı atmaq imkanı əldə edəcəklər.

Tədbir çərçivəsində:
▪️ Şirkət nümayəndələri ilə tanışlıq;
▪️ Mövcud iş və təcrübə imkanlarının təqdimatı;
▪️ Yerində müraciət və ilkin seçim prosesi;
▪️ Peşəkar istiqamətləndirmə və şəbəkələşmə imkanları əldə edəcəksiniz.

📅 Tarix: 13 may 2026, saat 10:00
📍 Məkan: UNEC əsas tədris binası (İstiqlaliyyət 6)

🔗 Qeydiyyat linki ⬇️

(https://forms.gle/odPDEJhhffXYUVej8)

💥 Karyerasını uğurla başlamaq və ya yeni fürsətlər qazanmaq istəyən hər kəs üçün bu yarmarka əvəzsiz imkandır — sən də qoşul!

📞 Ətraflı məlumat üçün:
012 492 59 03 (daxili 1132)

01/05/2026

🚀 UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə Paşa Kapital tərəfindən “Yerli və Xarici Kapital Bazarlarında İnvestisiya İmkanları” mövzusunda infosessiya keçiriləcək.

🎯 Tədbir çərçivəsində Azərbaycanın ilk korporativ IPO-su – PAŞA Bank səhmləri, kapital bazarlarında investisiya imkanları, yerli və xarici bazarlara çıxış, həmçinin marja ticarəti barədə iştirakçılara ətraflı məlumat təqdim olunacaq. Sessiya zamanı tələbələrin sualları cavablandırılacaq və investisiya sahəsində karyera imkanları müzakirə ediləcək.

📍 Məkan: UNEC əsas korpus, Ağ zal
📅 Tarix: 04 may 2026
🕒 Saat: 15:00

💥 İnvestisiya və kapital bazarlarına marağı olan bütün tələbələri iştirak etməyə dəvət edirik.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Address


İstiqalaliyyət Küçəsi 6
Baku
AZ1001

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00