Odlar Yurdu Universiteti

Odlar Yurdu Universiteti

Share

ODLAR YURDU UNİVERSİTETİ - Uğurlu təhsil, Uğurlu gələcək! 10 noyabr 1995 – ci il. Universitet Almaniyanın H+ akkreditasiyasına malikdir.

2004-cü il.

Odlar Yurdu Universiteti Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Dövlət Ali Ekspert Komissiyası tərəfindən yoxlanılaraq müsbət rəy almışdır.

8 iyul 1996 - cı il. Odlar Yurdu Universiteti DAEK - in müsbət rəyi əsasında Nazirlər Kabinetinin 86 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdir.

16 oktyabr 1996 – cı il. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 5 saylı şəhadətnaməsi ilə

23/06/2026

🎥 Ekologiya ixtisası üzrə diplomqabağı təcrübənin yekun təqdimatından görüntülər

🎓 Odlar Yurdu Universitetinin Ekologiya ixtisası üzrə 206 E qrup tələbələrinin diplomqabağı təcrübənin yekun təqdimatı uğurla keçirilib.

🔬 Təqdimat zamanı tələbələr təcrübə müddətində əldə etdikləri bilik və bacarıqları nümayiş etdirərək, diplom işlərinin hazırlanması istiqamətində gördükləri işlər barədə məlumat veriblər.

👩‍🏫 Təcrübə müəllim Ləman Məcidovanın rəhbərliyi ilə təşkil olunub və tələbələrin peşəkar hazırlığının inkişafına mühüm töhfə verib.

📹 Təqdimatdan hazırlanmış videonu izləyərək tələbələrin elmi və praktik fəaliyyətləri ilə yaxından tanış ola bilərsiniz.

Photos from Odlar Yurdu Universiteti's post 23/06/2026

🎓 Odlar Yurdu Universitetində magistr dissertasiya işlərinin müzakirəsi keçirilib

Bu gün Odlar Yurdu Universitetinin Magistratura və Doktorantura Şurasının Doktorantura şöbəsi və Psixologiya kafedrasının təşkilatçılığı ilə 14 magistrantın dissertasiya işlərinin müzakirəsi baş tutub.

Müzakirələr zamanı aktual elmi mövzular ətrafında geniş diskussiyalar aparılıb, magistrantların təqdim etdikləri tədqiqat işləri komissiya tərəfindən qiymətləndirilib.

Elmi mühitdə keçirilən müzakirələr çərçivəsində dissertasiya işlərinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib, gələcək tədqiqatlarda nəzərə alınmalı məqamlar diqqətə çatdırılıb.

Magistrantlara elmi fəaliyyətlərində və müdafiə mərhələsində uğurlar arzulayırıq!

Photos from Odlar Yurdu Universiteti's post 23/06/2026

📌 YAP Nərimanov Rayon Təşkilatının Ərazi Partiya Təşkilatında partiya üzvləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının “Koroğlu Rəhimov küçəsi 13” ünvanı üzrə Ərazi Partiya Təşkilatında partiya üzvləri ilə görüş təşkil olunub.

Görüş zamanı ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, partiyanın fəaliyyət istiqamətləri, qarşıda duran vəzifələr, həmçinin partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəal iştirakı ilə bağlı müzakirələr aparılıb.

Tədbirdə çıxış edənlər Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlardan bəhs edərək, YAP-ın dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və milli həmrəyliyin gücləndirilməsindəki rolunu vurğulayıblar.

Görüş çərçivəsində Ərazi Partiya Təşkilatına sədr müavininin seçilməsi məsələsinə baxılıb və Məmmədova Ayna Valeh qızı yekdil səslə sədr müavini seçilib.

Sonda partiyanın ictimai-siyasi həyatında fəallığı ilə seçilən könüllü gənclərə təltiflər təqdim olunub və xatirə şəkli çəkilib.

23/06/2026

🎥🔬 Turizm ixtisası üzrə diplomqabağı təcrübənin yekun təqdimatından video görüntülər!

Odlar Yurdu Universitetinin Turizm ixtisası üzrə tələbələrinin diplomqabağı təcrübənin yekun təqdimatı iki mərhələdə həyata keçirilib. Təqdimat zamanı tələbələr əldə etdikləri nəzəri və praktiki bilikləri nümayiş etdirərək diplom işlərinin müdafiəsinə hazırlıq səviyyələrini təqdim ediblər.

📌 Videoda 31T, 30T1 və 30T2 qruplarının təqdimat prosesindən seçilmiş anlar əks olunub.

Təcrübə prosesi müəllimlərin rəhbərliyi ilə uğurla yekunlaşıb və tələbələrin peşə bacarıqları qiymətləndirilib.

23/06/2026

🎥🔬 Biologiya ixtisası üzrə diplomqabağı təcrübəsinin yekun təqdimatından görüntülər!

Odlar Yurdu Universitetinin Biologiya ixtisası üzrə 846 və 847-ci qrup tələbələri diplomqabağı istehsalat təcrübəsi zamanı əldə etdikləri bilik və bacarıqları təqdim edərək peşəkar hazırlıq səviyyələrini nümayiş etdiriblər.

Videoda təqdimat prosesindən və tələbələrin çıxışlarından maraqlı anları izləyə bilərsiniz. 🎓🌿

Tələbələrimizə diplom işlərinin müdafiəsində və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

23/06/2026

🎓 Odlar Yurdu Universitetində doktorluq dissertasiyasının ilkin müzakirəsi keçirilib

Odlar Yurdu Universitetinin doktorantı Könül Əkbər qızı İbrahimovanın 5308.01 – “Ümumi iqtisadiyyat” və 5312.01 – “Sahə iqtisadiyyatı” ixtisasları üzrə hazırladığı “Müasir şəraitdə Azərbaycan Respublikasının iqtisadi təhsil sisteminin inkişafı problemləri” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

Tədqiqat işində ölkənin iqtisadi təhsil sisteminin mövcud vəziyyəti, inkişaf istiqamətləri və qarşıda duran çağırışlar elmi-praktik müstəvidə araşdırılıb.

Qeyd edək ki, dissertasiya işinin elmi rəhbəri iqtisad elmləri doktoru, professor Elşad Məmmədovdur.

Doktorantımıza növbəti elmi fəaliyyətində uğurlar arzulayırıq!

Photos from Odlar Yurdu Universiteti's post 22/06/2026

📌 "İqtisadiyyat və iqtisadi münasibətlər" kafedrasının iclası keçirilib

Odlar Yurdu Universitetinin "İqtisadiyyat və iqtisadi münasibətlər" kafedrasının növbəti iclası keçirilib.

İclasda 2025–2026-cı tədris ili üzrə kafedranın ümumi fəaliyyətinin yekunları müzakirə olunub, qarşıdan gələn tədris ilinə hazırlıq istiqamətində görüləcək işlər və kafedranın fəaliyyət planı nəzərdən keçirilib.

Həmçinin yeni tədris ili üçün fənlər üzrə imtahan sualları və testlər, magistratura və MBA şöbəsi tərəfindən təqdim olunan tədris yükünün bölgüsü müzakirə edilərək müvafiq qərarlar qəbul olunub.

İclas çərçivəsində Odlar Yurdu Universitetinin doktorantı İbrahimova Könül Əkbər qızının 5308.01 – "Ümumi iqtisadiyyat" və 5312.01 – "Sahə iqtisadiyyatı" ixtisasları üzrə "Müasir şəraitdə Azərbaycan Respublikasının iqtisadi təhsil sisteminin inkişafı problemləri" mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. Tədqiqat işi ilə bağlı iştirakçıların rəy və təklifləri dinlənilib.

Ətraflı: https://oyu.edu.az/az/news/iqtisadiyyat-ve-iqtisadi-munasibetler-kafedrasinin-novbeti-iclasi-kecirilib

Photos from Odlar Yurdu Universiteti's post 22/06/2026

🎓 İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik kafedrasında magistr dissertasiyalarının müdafiəsi başlayıb

Odlar Yurdu Universitetinin İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik kafedrasında magistr dissertasiyalarının müdafiəsinə start verilib.

📚 060632 – İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasının İdarəetmədə informasiya sistemləri ixtisaslaşması üzrə təhsil alan magistrantlar tədqiqat işlərini Magistrlik Dissertasiya Müdafiəsi üzrə İxtisaslaşdırılmış Şuranın qarşısında uğurla təqdim ediblər.

✨ Bütün magistrantlarımıza müdafiə prosesində uğurlar arzulayır, gələcək elmi fəaliyyətlərində yeni nailiyyətlər diləyirik!

Ətraflı: https://oyu.edu.az/az/news/informasiya-texnologiyalari-ve-kibertehlukesizlik-kafedrasinda-magistr-dissertasiyalarinin-mudafiesi-baslayib

Photos from Odlar Yurdu Universiteti's post 22/06/2026

🔬 Turizm ixtisası üzrə diplomqabağı istehsalat təcrübəsinin təqdimatı keçirilib

🎓 Odlar Yurdu Universiteti-in Turizm ixtisası üzrə tələbələrinin diplomqabağı istehsalat təcrübəsinin yekun təqdimatı baş tutub.

📌 Təqdimat iki mərhələdə həyata keçirilib:

• 16.06.2026 – 31T saylı qrup üzrə təqdimat
👥 19 tələbə iştirak edib
👨‍🏫 Rəhbər: S.Y. Əliyeva

• 17.06.2026 – 30T1 və 30T2 qrupları üzrə təqdimat
👥 ümumilikdə 32 tələbə iştirak edib
👨‍🏫 Rəhbər: E.F. Əliyev

🔬 Tələbələr təcrübə müddətində əldə etdikləri nəzəri və praktiki bilikləri təqdim edərək diplom işlərinin müdafiə mərhələsinə hazırlıq səviyyələrini nümayiş etdiriblər. Təcrübə prosesi müəllimlərin rəhbərliyi ilə uğurla həyata keçirilib.

🎓 Təqdimatlar zamanı tələbələrin peşə bacarıqları, sahə üzrə hazırlıq səviyyəsi və praktik yanaşmaları xüsusi olaraq qiymətləndirilib.

Ətraflı: oyu.edu.az

Photos from Odlar Yurdu Universiteti's post 22/06/2026

🔬 Ekologiya ixtisası üzrə diplomqabağı təcrübənin təqdimatı keçirilib

🎓Odlar Yurdu Universitetinin Ekologya ixtisası üzrə 206 E qrup tələbələrinin diplomqabağı təcrübənin yekun təqdimatı baş tutub. Təqdimatda ümumilikdə 20 tələbə iştirak edib.

🔬Tələbələr keçdikləri təcrübə müddətində əldə etdikləri bilik və bacarıqları nəzəri formada təqdim edərək diplom işlərini müdafiə mərhələsinə hazırladıqlarını nümayiş etdiriblər.

🎓Təcrübə prosesi müəllim Ləman Məcidovanın rəhbərliyi ilə həyata keçirilib.

Ətraflı: oyu.edu.az

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Koroğlu Rəhimov 13
Baku
1072

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 09:00 - 14:00