22/06/2026
“HAMLET” son dəfə ADMİU’da!
SABAH qruplarının IV təhsil ili tələbələri “Diplom işi” olan Vilyam Şekspirin eyniadlı əsərinin motivləri əsasında “HAMLET” tamaşasını ADMİU / KİÇİK SƏHNƏ’də sonuncu dəfə nümayiş etdirəcəklər.
“Həyatla ölüm arasındakı sərhədlər silinir, insan ruhu öz qaranlığı ilə danışmağa məcbur qalır və bütün bu baş verənlər sanki taleyin gizli, anlaşılmaz oyununun bir parçasıdır…🩸”
Tamaşanın quruluşçu rejissoru: İradə Gözəlova
Tamaşanı izləmək istəyənlər • ADMİU SABAH Mərkəzi ® səhifəsinə yaza bilər.
Məkan: ADMİU / KİÇİK SƏHNƏ
Zaman: 23 İYUN, 14:00
14/06/2026
15 iyun saat 19:00 - da “Cəhənnəm Sakinləri” yenidən səhnədə!
SABAH qruplarının rejissorluq ixtisası IV təhsil ili tələbəsi Ülvi Məmmədlinin “Diplom işi” olan Elçinin eyni adlı əsəri əsasında hazırlanan “Cəhənnəm Sakinləri” tamaşası növbəti dəfə İrəvan Dövlət Azərbaycan Dram Teatrının Böyük səhnəsində nümayiş olunacaq.
“Tamaşada Naməlum qonağın gəlişi ilə bütün sirrləri ifşa olunan bir ailə təsvir olunur. Qonaq psixoloji aspektdən ailəni sarsıdır. Kişi və qadını üz - üzə qoyur.
Tamaşada gərgin və dinamik süjet xətti bir - birini əvəz edir”
Tamaşanın quruluşçu rejissoru: Ülvi Məmmədli
Diplom rəhbəri: Gümrah Ömər
Məkan: İrəvan Dövlət Azərbaycan Dram Teatrı
Zaman: 15 iyun 2026, 19:00
Giriş sərbəstdir
18/05/2026
Antalya səfərindən görüntülər! 🇹🇷
🇦🇿 Qeyd etdiyimiz ADMİU-nun SABAH qrupları Aktyor sənəti ixtisasının IV kurs tələbələri Türkiyənin Antalya şəhərində Tələbə Tamaşaları Teatr Festivalında iştirak ediblər.
Səfər maraqlı və zəngin xatirələrlə yadda qalıb! 🤍
Səfər proqramının qısa xülasəsini sizə təqdim edirik! 📸
Scenes from the Antalya trip! 🇹🇷
🇦🇿 As we previously noted, the 4th-year students of the Acting Department of SABAH groups at ADMIA took part in the Student Theatre Festival held in Antalya, Türkiye.
The trip was filled with exciting and unforgettable memories! 🤍
We are pleased to present a short summary of the trip program! 📸
08/05/2026
SABAH “PİLLƏ 4” də 4 nominasiya qazandı!
4-8 may tarixlərində keçirilən “PİLLƏ 4” tələbə tamaşaları festivalında SABAH qrupları 4 nominasiya üzrə mükafat alıb.
Ən yaxşı tamaşa - “Vineta və ya sulara qərq olmuş şəhər”
Ən yaxşı qadın rolu - Heyran Abdullayeva
Ən yaxşı ikinci plan kişi rolu -Əli Davidov
Gənc ekspertlərin mükafatı - “Vəziri-xani-həngamə”
Qeyd edək ki, SABAH qruplarının tələbələri ardıcıl olaraq “Ən yaxşı tamaşa” nominasiyası üzrə ikinci dəfə qalib gəlirlər.
Növbəti paylaşınlarımızda bağlanış mərasimindən görüntüləri təqdim edəcəyik.
İzləmədə qalın!❤️✌️
06/05/2026
SABAH Səfərdə!
4-9 may 2026-ci il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən 18-ci Beynəlxalq Tələbə Tamaşaları Teatr Festivalında ADMİU-nun SABAH qrupları Aktyor sənəti ixtisasının IV kurs tələbələri iştirak edəcəklər.
Bu festival Akdeniz Üniversiteti tərəfindən təşkil olunan və hər il keçirilən beynəlxalq tələbə teatr tədbirlərindən biridir. Festivalın əsas məqsədi müxtəlif ölkələrdən gələn teatr kollektivlərini bir araya gətirmək, mədəni mübadiləni gücləndirmək və gənc aktyorlar üçün yaradıcılıq platforması yaratmaqdır.
Festival çərçivəsində:
• Universitet teatr kollektivlərinin tamaşaları nümayiş olunur
• Ustad dərsləri (workshoplar) və seminarlar keçirilir
• Rejissor və aktyorlar arasında fikir mübadiləsi aparılır
• Küçə tamaşaları və performanslar təşkil olunur
7 may tarixində tələbələrimiz Vilyam Şekspirin “Yay gecəsində yuxu” tamaşası ilə çıxış edəcəklər.
Festivalda iştirak edən kollektivə uğurlar arzu edirik!
02/05/2026
SABAH PİLLƏ 4 - də!
4-8 may tarixlərində keçirilən PİLLƏ 4 tələbə tamaşaları festivalında SABAH qruplarının çıxış tarixləri:
4 may, saat 17:30
“VİNETA və ya sulara qərq olmuş şəhər” Y. Zoyfer - IV kurs
5 may, saat 11:30
“Hamlet” V. Şekspir - IV kurs
5 may, saat 15:15
“Kral, kraliça və şəhzadə” J. Anuy - III kurs
6 may, saat 13:30
“Vəziri Xani Həngamə” M.F. Axundzadə - II kurs
6 may, saat 18:00
“Cəhənnəm sakinləri” Elçin - IV kurs / Tələbə-rejissor işi
29/04/2026
SABAH’da Tamaşa Həyəcanı!
30 Aprel saat 15:00 - da SABAH qrupları III kurs “aktyor sənəti” tələbələrinin ifasında Jan Anuy yaradıcılığından “Kral, kraliça və şəhzadə” tamaşası ADMİU KİÇİK SƏHNƏ’də ilk dəfə nümayiş olunacaq.
Jan Anuyun “Kral, kraliça və şəhzadə” pyesi insan münasibətləri, hakimiyyət və daxili azadlıq mövzularını əhatə edən absurd komediyadır. Tamaşada ailədaxili psixoloji gərginlik, sevgi, qısqanclıq və etimadsızlıq kimi hisslər toqquşur. Müəllif dialoqlarla insan xarakterinin mürəkkəbliyini və sosial rolların təsirini göstərir, həmçinin hakimiyyətin insanı dəyişdirdiyini vurğulayır.
Bizim səhnə quruluşunda diqqət plastik həllə yönəlib: ifadə daha çox bədən dili, hərəkət və ritm vasitəsilə verilir. Aktyorların plastikası daxili gərginliyi vizuallaşdırır. Minimal səhnə, işıq və musiqi emosional atmosferi gücləndirir, tamaşaya simvolik və müasir çalar qatır.
Kurs rəhbəri: Yaqut Paşazadə
Zaman: 30 Aprel, 2026
Məkan: ADMİU / KİÇİK SƏHNƏ
Hərkəsi dəvət edirik!
17/04/2026
21 APREL, SAAT 15:00 - “DÖNÜŞ”
SABAH qruplarının IV kurs tələbələri Cəfər Cabbarlının eyniadlı əsəri əsasında “Dönüş” tamaşasını növbəti dəfə ADMİU / KİÇİK SƏHNƏ’də oynayacaqlar.
Bu tamaşa dəyişimin qaçılmazlığını və yenilənmənin gücünü ifadə edir. Köhnə ilə yeninin toqquşduğu bu dünyada yalnız dönüş edənlər irəli gedir. Bu, həm insanın, həm də sənətin yenidən doğulmasının çağırışıdır.
Tamaşanın quruluşçu rejissoru: İradə Gözəlova
Tamaşanı izləmək istəyənlər .sabah instagram hesabına yaza bilərlər.
Məkan: ADMİU / KİÇİK SƏHNƏ
Zaman: 21 APREL, 15:00
15/04/2026
Kitabçılar Birliyi tərəfindən keçirilən şeir müsabiqəsində SABAH tələbəsi fərqlənmə diplomuna layiq görülüb
Kitabçılar Birliyi artıq üç ildir ki, fəaliyyət göstərir və bu müddət ərzində əsas məqsədi gənc istedadları üzə çıxarmaq, onlara motivasiya vermək və ədəbi inkişaf üçün sistemli bir platforma yaratmaq olub.
Bu istiqamətdə Birlik tərəfindən 2026-cı ilin fevral ayında “Şeirini təqdim et, imzanı tanıt” adlı şeir müsabiqəsi elan olunmuşdur. Müsabiqəyə ümumilikdə 39 nəfər ədəbiyyatsever qatılmışdır.
Münsiflər heyətində tanınmış ədiblər – Baba Vəziroğlu, İlqar Fəhmi və Samir Əfsəroğlu yer almışdır. Təqdim olunan bütün şeirlər münsiflər tərəfindən diqqətlə oxunmuş, təhlil edilmiş və qiymətləndirilmişdir.
SABAH qruplarının III təhsil ili, ssenarist ixtisası üzrə təhsil alan Alışzadə İlham müsabiqədə “Şahid” adlı şeiri ilə çıxış edərək münsiflər tərəfindən yüksək qiymətləndirilmiş və fərqlənmə diplomuna layiq görülmüşdür.
Tələbəmizi bu uğuru münasibətilə təbrik edir, gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulayırıq.