Azerbaijani Classes in Toronto
Məqsədimiz Ana Dilimizi Kanadanın Toronto şəhərində və dünya ölkələrində yaşayanlara öyrətməkdir.
06/08/2026
Azerbaijani Classes in Toronto 20 ildir öz şagirdlərini fəxrlə qoynuna alır. Şagirdlərimiz hər il ölkəmizdə baş verən tarixi günləri, bayramları və anım günlərini həm öyrənir, həm də dünyaya çatdirmaqla tarixdə iz qoyurlar.
Hər biri fəxrimiz, qürurumuzdur!
Gulnar Nasir
Yegana Jafarova
06/08/2026
06/08/2026
Independence Day (Müstəqillik Günü) is a national holiday in Azerbaijan marking the anniversary of the founding of the Azerbaijan Democratic Republic (ADR) on 28 May 1918. Since 1990, Republic Day is celebrated as a national holiday in Azerbaijan and also around the world by Azerbaijani communities.
This year, the flag raising took place on May 31, 2026, organized by the Canadian Azerbaijanis Network
Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq – öz yurduma öz hakimliyim.
🇦🇿
05/28/2026
https://youtu.be/pTQt-DPVrDE?
si=MU6o0H9hDGctoQCn
Azerbaijani Classes in Toronto
Şagirdlərimiz Nuray və Ümidin ifasında S. Vurğunun Azərbaycan şeiri Azərbaycan Musiqi Qrupunun konsert proqramında şagirdlərimizin çıxışları.
Torpnto Şəhər Tədris Mərkəzi Xarici Dillər bölməsində Azərbaycan Dilinin tədrisinin 20 illik yubleyi ərəfəsindəyik.
Kaspi qəzetinin əməkdaşı Təranə xanıma müsahibə və məktəbimizə bağışladığı, çox qiymətli hədiyyə (əsil sementdən hazırlanmış Azərbaycan xəritəsi) üçün təşəkkür edirk!
🇦🇿🇨🇦
05/22/2026
Torontoda Azərbaycan Türkcəsi Dili Məktəbinin 20 İllik Yubileyi Qeyd Olunacaq
2006-cı ildən etibarən Toronto District School Board nəzdində fəaliyyət göstərən Ana dili məktəbi, Kanada Azərbaycanlı icmasının ana dil və mədəniyyət sahəsində mühüm maarifçilik ocaqlarından biri kimi fəaliyyətini uğurla davam etdirir. Məktəb ötən 20 il ərzində yüzlərlə uşağa və gəncə ana dilimizi, milli kimliyimizi və mədəni dəyərlərimizi öyrədib.
2026-cı il məktəbin fəaliyyətində xüsusi əhəmiyyət daşıyan bir tarixdir. Bu münasibətlə Azərbaycan dili məktəbinin 20 illik yubiley tədbiri 6 iyun 2026-cı il tarixində, saat 16:00-da keçiriləcək.
Tədbir Earl Bales Community Centre məkanında baş tutacaq. Yubiley proqramında Azərbaycan Türk dili və mədəniyyətinə həsr olunmuş çıxışlar, bədii proqram, musiqi təqdimatları və müxtəlif sürprizlər nəzərdə tutulur.
Təşkilatçılar bütün icma üzvlərini, valideynləri, məzunları və Azərbaycan mədəniyyətinə maraq göstərən hər kəsi bu əlamətdar tədbirdə iştirak etməyə dəvət edirlər.
Tədbir haqqında məlumat:
* Tarix: 6 iyun 2026
* Saat: 16:00
* Məkan: Earl Bales Community Centre
Bu yubiley yalnız bir məktəbin deyil, eyni zamanda Kanadada Azərbaycan Türk dilinin, mədəniyyətinin və milli kimliyinin yaşadılması yolunda görülən uzunmüddətli fəaliyyətin bayramıdır.
Azərbaycan Post
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Website
Address
100 Queen Street West
Toronto, ON
M5H 2N2